Qala aviabazası — Azərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur.

Tarixi Aerodrom inzibati cəhətdən Xəzər rayonunun Qala qəsəbəsindən 5 km cənub-şərqdə yerləşir. SSRİ dönəmində hərbi məqsədlər üçün istifadə edilirdi. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. Sonrakı dönəmlərdə HHMQ xidmət etmişdir.

1949-cu ilin iyul ayından 1952-ci ilin iyul ayına kimi burada 518-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Uçuşlar YK-9U və MiQ-15 təyyarələri ilə həyata keçirilmişdir. 1980–1992-ci illərdə burada 300-cü qarışıq aviyasiya eskadrilyası fəaliyyət göstərirdi.

Hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasındadır.

Xüsusiyyəti Aerodrom 40 fut (12 m) dəniz səviyyəsindən yuxarıda yerləşir. Burada uçuş-eniş zolağının uzunluğu 2643 m, eni isə 40 metrdir.

Mənbə Dünya hava limanları Maykl Holm

Kateqoriya:Azərbaycan aviabazaları Kateqoriya:SSRİ hərbi aerodromları