Kaniggia Ginola Elva (14.7.1996Elva Ginola Caniggia – Fussball-Talente.com.) — 2. Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda hücumçu kimi çıxış edən peşəkar Sent-Lüsiya — Kanada futbolçusu.

Klub karyerası

VfB Ştutqart 2013-cü ilin noyabr ayında Elva Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda yoxlanışdan keçmişdir. Elva 14 iyul 2014-cü ildə 18-ci ad günündə digər klublardan, xüsusilə də Premyer liqa təmsilçilərindən olan Arsenal FK klubundan da gələn təkliflərə baxmayaraq, yoxlanışdan keçdikdən sonra Ştutqart FK klubu ilə 4 illik müqavilə imzaladı. Kanada vətəndaşlığını qəbul etməməyinə baxmayaraq, Elva Ştutqartın ehtiyat komandası ilə 3. Liqada iştirak edə bilmədi. Həmin müddət ərzində o, U-19 Bundesliqasında iştirak edirdi. Bunun nəticəsində Elva istənilən oyun təcrübəsini əldə edə bilmədi. O, klubun əsas komandası üçün hazır vəziyyətdə deyildi. Sonralar o, xaricdə icarə əsasında çıxış etməyə başlamışdır.

Strasburq FK-da icarə 2 fevral 2015-ci ildə Elva Fransanın üçüncü liqa təmsilçilərindən olan Strasburq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır.

VfB Ştutqart II Elva 2015-16 mövsümündə Ştutqart II klubu ilə müqavilə imzalamışdır. Elva VfB II komandası ilə debütünü 29 avqust 2015-ci ildə Rot-Veyb Erfurt klubuna qarşı oyunda etmişdir. Elva VfB Ştutqart II ilə ilk qolunu isə 26 fevral 2016-cı ildə Hallesçer klubuna qarşı oyunda vurmuşdur.

Milli karyerası Elva Sent-Lüsiyada anadan olduğu üçün buranın vətəndaşlığına sahibdir. O, eyni zamanda beynəlxalq səviyyədə Kanada milli komandasını da təmsil etmək hüququna malikdir.

Şəxsi həyatı Elva Sent-Lüsiyanın Karib adalarına daxil olan Viyu Fort adasında futbolçu ailəsində anadan olmuşdur. Atası Sent-Lüsiya millisinin keçmiş hücumçusu, dayısı Olivye Elva isə Sent-Lüsiya millisinin sabiq müdafiəçisi olmuşdur. Elva 13 yaşı olarkən Sent-Lüsiyanı tərk edib Kanadada yaşamağa başlamışdır.

Statistikası

KlubLiqaMövsümLiqaLiqa KubokuKontinental KubokuÜmumiOyunQolOyunQolOyunQolOyunQolŞtutqart FK II3. Liqa2015–162110000211Regionalliqa Südvest2016-1761000061Ümumi2720000272Ümumi karyera2720000272

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sent-Lüsiya futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Strasbur FK futbolçuları