Gülbəddin Hikmətyar (; ; ) — Əfqanıstanlı siyasətçi və komandan. Əfqanıstanın ən böyük silahlı müxalifəti olan "Hizbul-İslami"nin yaradıcısı. Əfqanıstanın keçmiş baş naziri.

Həyatı Hikmətyar 1937-ci ildə1947,1944 və 1949 ildə doğulub deyənlər çoxdur. puştu qəbiləsinin haruti klanından (Gilzəi) olan iri torpaq mülkiyyətçisinin ailəsində Vartaboz qışlağındaİmamsahib dairəsi, Kunduz vilayəti; başqa məlumata görə-ailəsi Kunduza köçməzdən əvvəl Qəzni vilayətində anadan olub anadan olub. 1956-cı ildə gənc Hikmətyar ibtidai məktəbə, 1961-ci ildə isə Kabulda hərbi peşə məktəbinə daxil olub, lakin 1964-cü ildə hərbi məktəbdən xaric edilib. Bundan sonra o, Kunduza gedir və burada təhsilini aristokrat liseydə davam etdirir. 1970-ci ildə Kabul universitetində mühəndislik fakültəsinə daxil olmuş, amma təhsilini başa çatdıra bilməmişdi. Kabul universitetində təhsil aldığı müddətdə o "Müsəlman qardaşlar" tərəfdarları qrupu ilə tanış oldu və 1967-ci ildən 1972-ci ilə qədər islamçıların bir neçə nümayişində iştirak etdi. Hikmətyar həmin dövrlərdə Tələbə Şurasında fəal iştirak edir, ideyalar yayır, amma hələ də Tələbə şurasının rəhbərliyinə seçilə bilməmişdi. 1972-ci ildə Hikmətyar "Müsəlman Qardaşlığı"nın digər iki üzvü ilə şah ailəsi və əfqan aristokratiyası ilə bağlı təhqiramiz ifadələr işlətməkdə və tələbələrin iki qarşıduran siyasi qruplaşmasında baş vermiş hərəkatın gedişində həlak olmuş maoçu təşkilatın üzvü Saydal Soxandan adlı bir kimsənin qətlindən ittiham olunaraq bir il yarım həbs cəzası aldı. O, həbsdən 1974-cü ilin yanvarında çıxdı.

Həmçinin bax Bürhanəddin Rəbbani Əhməd Şah Məsud

İstinadlar

Kateqoriya:Əfqanıstan siyasətçiləri Kateqoriya:Taliban üzvləri Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Puştunlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Quran tərcüməçiləri