Arzu Nəsib oğlu Nağıyev () — Azərbaycan ictimai-siyasi xadimi və hərbi qulluqçu, Azərbaycan Milli Məclisinin VI, VII çağırış deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri.Arzu Nağıyevdən müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitlə bağlı VACİB AÇIQLAMA
Həyatı Arzu Nəsib oğlu Nağıyev 27 iyul 1963-cü ildə Oğuz rayonunun Baş Layısqı qəsəbəsində anadan olub. 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarını qırmızı diplomla bitirib.
Birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın, çoxsaylı araşdırmaların və yazıların müəllifidir.
Rus dilini bilir. Evlidir, 2 övladı var.
Fəaliyyəti Arzu Nağıyev 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmiş, 1987–1989-cu illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri olmuşdur.
1989–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışmışdır.
2011–2021-ci illərdə "Trend" Beynəlxalq İnformasiya Agentliyi baş direktorunun müavini olmuşdur.
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Arzu Nağıyev 104 saylı Gədəbəy-Tovuz dairəsindən bitərəf qaydada namizədliyini irəli sürmüşdür. Nəticələrə əsasən Arzu Nağıyev 56,20% səslə Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi, Əmək və sosial siyasət Komitəsi üzvüdür. Həmçinin Azərbaycan–Gürcüstan parlamentləri ilə əlaqələr üzrə qrupunun rəhbəri, Azərbaycan–Belarus, Azərbaycan–Estoniya, Azərbaycan–İsrail, Azərbaycan–Rumıniya, Azərbaycan–Slovakiya, Azərbaycan–Türkiyə və Azərbaycan–Venesuela parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.
5 iyun 2020-ci ildən Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü ildə "Şöhrət" ordeni, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib. "Azərbaycan milli mətbuatının 150 illiyi" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Şəki rayonunda doğulanlar