Aydın Hacı oğlu Quliyev və ya səhnə adı ilə Aydın Xırdalanlı () — Azərbaycan meyxanaçısı, şair, qəzəlxan.
Həyatı
Erkən həyatı Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Xırdalan kənd məscidinin yanında yaşayırdı. Xırdalanda 1 saylı orta məktəbdə oxuyub. Uşaqlıqda bəstəboy və arıq bir uşaq idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.
Tələbəlik illərində namaz qılırdı. Azər Sani kimi din və qəzəl bilicisindən dərs alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. 1998–2001-ci illlərdə Xırdalan Cümə məscidində nəzarətçi kimi çalışıb. Xırdalanda Cümə məscidinə azan verib.
Yaradıcılıq fəaliyyəti 1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. 2004-cü ildə həmin yarışmada münsif qismində iştirak etmişdir. 2009-cu ildə "Söz qalası" meyxana yarışmasında iştirak edib.
Şəxsi həyatı Tarixi çox sevirdi.
Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. 2013-cü ildə Azərbaycan saytlarından birinə verdiyi müsahibədən:
2017-ci ildə Baku.ws saytına verdiyi müsahibədən:
Ölümü Sənətkar həyatının son dövründə depressiyada olmuşdur. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər sirrozu aşkarlanıb.
Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filminə baxaraq vəfat edib. Nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirildikdən sonra izdihamla Xırdalan qəbiristanlığına dəfn olunub.
İrsi 2020-ci il martın 23-də Azərbaycan repçisi Xpert Aydın Xırdalanlının xatirəsinə "Aydın" mahnısını həsr edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Meyxanaçılar Kateqoriya:Qaraciyər sirrozundan ölənlər