Şüvəlan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.
Tarixi Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biri.
Şüvəlan" sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Farsca "şiv" sözünün mənası eniş, "lan" isə məkan deməkdir.
Mədəniyyəti
Təhsil Qəsəbədə 7 orta ümumtəhsil məktəb fəaliyyət göstərir. Heydər Əliyev fondunun dəstəyi ilə Şüvəlanda yerləşən bir çox məktəblər yenidən qurulmuşdur.
Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Bu düşərgələrdən biri də Çingiz Mustafayev adına düşərgədir. Eyni zamanda qəsəbədə yenicə açılmış Mədəniyyət sarayında uşaqlar üçün nəzərdə tutulmuş dərnəklər var.
Əhalisi 28 500 nəfərdən çoxdur.
İqtisadiyyat Şüvəlan iş yerlərinin çox hissəsini ticarət obyektləri təşkil edir.
Tanınmış şəxslər Ruhulla Axundov - Dövlət və xadim, publisist, alim Hacıbala Hüseynov - Vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti
İstinadlar
Kateqoriya:Xəzər rayonunun qəsəbələri Kateqoriya:Bakının kəndləri Kateqoriya:Bakının qəsəbələri Kateqoriya:Azərbaycanın sahilyanı yaşayış məntəqələri