Yevgeni İvanoviç Şaronovun evi - Taqanroq şəhərinin mərkəzində, XX əsrin əvvəllərində inşa edilən bina. Şaronovun evi Taqanroq şəhəri Frunze küçəsi, ev 80 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Şaronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina layihəsinin rəhbəri Fyodr Opisoviç Şextel olmuşdur. Tarixi Bina 1912-ci ildə Fyodr Opisoviç Şextelin layəsi əsasında modern stilində inşa edilmişdir. 1917-ci ilə qədər binanın sahibi un məmulatları taciri Yevgeni İvanoviç Şaronovun olmuşdur. O, binanı qızının şərəfinə tiktirmişdirПодлипанов М. Д. Шаронов Евгений Иванович // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 803. — ISBN 978-5-88040-064-5.. 1920 - 1922 illərdə binada ipəkçilik stansiyası yerləşirdi. Böyük Vətən müharibəsi dönəmində binada Almaniyanın 1-ci tank diviziyasının qərargahı yerləşirdiМатишов Г. Г., Афанасенко В. И., Кринко Е. Ф. Миус-фронт в Великой Отечественной войне. — Ростов-на-Дону: ЮНЦ РАН, 2010. — С. 100. — ISBN 978-5-902982-89-0.. 1944-cü ildən ev müxtəlif dövlət müəssisələri yerləşirdi. 1981-ci ilfə binada muzey yerləşir. Arxetekturası Şaronovun evi modern stilinin mirvarisi hesab edilir. Burada müxtəlif arxitektur elementləri vardır. Bir mərtəbəli ev Moskvada yerləşən Yaroslavski vağzalı ilə ümumi oxşarlıqları vardır. Biinanın fasadının bir hissəsi keramik plitələrlə üzlənmişdir. Abidə Rostov vilayətində XX əsrin əvvəllərində, fasadında monumental abidələrlə zəngin olan yeganə modern stilli binadır.

Şaronovun evi kinomaqrafiyada 2006 — «Koşlyakov, Şabelnikov, Ter-Oqanyan, Siqutin», sənədli film. «Art via Video».Товарищество «Искусство или смерть» / Под ред. О. Головановой. — М.: ГМСИ, 2009. — 304 с. — ISBN 978-5-91611-006-7. 2002 — «Qatilin gündəliyi», teleserial. Rejisor Kiril Semyonoviç Serebrennı, RTR.Собств. корр. «Дневник убийцы»: Пролитая кровь обязательно вернется // Экспресс-газета. — 2002. — 29 янв.

Qalereya

Həmçinin bax Xocayevin evi (Taqanroq)

Mənbə Статья о музее на Таганрог.su

İstinadlar

Kateqoriya:Taqanroqun görməli yerləri Kateqoriya:Taqanroq tikililəri Kateqoriya:Taqanroqdakı malikanələr Kateqoriya:1912-ci ildə tamamlanmış evlər