Nokia 3310 (2017) — HMD Qlobal şirkətinin Nokia brendi altında istehsal etdiyi telefonu. Telefon 26 fevral, 2017-ci ildə İspaniyanın Barselona şəhərində təqdim olunmuşdur. İlk dəfə bu telefon barədə 14 fevral tarixində məlumat əldə olunmuşdu. 26 fevral 2017-ci ildə telefon təqdim olundu və qiyməti 49 avro kimi müəyyənləşdirildi.

Xüsusiyyətlər Telefon FM Radioya, veb-brauzerə, diktofona malikdir, həmçinin, 2 MP arxa kameradan ibarətdir. Köhnə Snake oyunu Gameloftun Snake Xenzia oyunu ilə əvəz olundu. Həmçinin, oyun daha da təkmilləşdirilmişdir. 4 Rəngdə telefon mövcuddur: Tünd göy, boz, qırmızı, sarı. Əvvəlki versiyasında olan rənglər, demək olar ki, yeni telefonda da tətbiq olunmuşdur, həcmi artıq yüngülləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Nokia mobil telefonları