Azərbaycan–Portuqaliya münasibətləri — Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr hələ XVI əsrdə başlamış, XVII əsrdən sonra uzun müddət demək olar ki, mövcud olmamış, Sovet dövründə Portuqaliya–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk on ilində zəif inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.

Tarixi

Səfəvi dövrü

Səfəvilərin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi.Mübariz Ağalarlı. ŞAH I İSMAYILIN HAKİMİYYƏTİ DÖVRÜNDƏ AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ . "Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015, strategiya.az, 19.08.2015 Amma Səfəvilər dövlətinin mənafelərinin bilavasitə toqquşduğu Avropa ölkələrindən birincisi də məhz Portuqaliya olmuşdur.Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti . Bakı, "Şərq-Qərb", 2007, səh.123 Belə ki, 1507-ci ilin oktyabrında Alfonso de Albukerkenin başçılıq etdiyi Portuqaliya donanması, Səfəvilərdən asılı olan və Səfəvi xəzinəsinə illik xərac verən Hörmüz əmirliyinə hücum etdi. Lakin Zülqədəroğlu Əlaüddövləyə qarşı yürüşdə olan Şah I İsmayıl öz dövləti üçün Hind okeanına çıxış olan bu mühüm strateji məntəqəni portuqallardan qorumaqdan ötrü Hörmüz əmirinə hərbi yardım göstərə bilmədi. Hörmüzlülərin ciddi müqavimətinə baxmayaraq, portuqallar bu şəhəri ələ keçirdilər. Bununla da Hörmüz hakimi Əmir Seyfəddin Portuqaliyanın asılılığını qəbul etdi.Шахмалиев Э.М. Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI века // "Ученые записки" Азербайджанского Государственного Университета, Серия истории и философии, 1955, № 7. 117 Mahmudlu Y. M. Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV–XVII yüzilliklər). Bakı: Azərbaycan diplomatiyası, 1996, 150 Beləliklə, osmanlıların Şərqi Anadoluda, portuqalların isə Bəsrə körfəzindəki işğalları nəticəsində Səfəvi dövlətinin dünya ticarətində mövqeləri nəzərəçarpacaq dərəcədə zəiflədi və onlar Avropa-Asiya ticarət yolları üzərindəki nəzarəti itirmiş oldular. left|thumb|Hörmüz adası, Portuqaliya xəritəsi, XVII əsr 1515-ci ildə İran körfəzinin Hörmüzdən başqa digər adalarını tutan portuqaliyalılar Səfəvilərin ərazilərinin bilavasitə yaxınlığında görünərək, onlara özlərinin Hindistanla dəniz ticarətinin şərtlərini qəbul etdirməyə cəhd göstərdilər. Böyük gəlir gətirən Avropa-Asiya ticarətinin Aralıq dənizi yolunu nəzarət altında saxlamaq üçün Portuqaliya hər cür cəhd göstərir, okean yolu ilə Hindistanla müntəzəm ticarət əlaqələri yaratmaqda ona mane olmağa səy edən Osmanlı dövləti ilə düşmənçilik edirdi. Portuqaliyalılar Osmanlı ilə mübarizədə Səfəvilərlə yaxınlaşmağa başladılar. Osmanlı ilə müharibələr dövründə Səfəvilər də belə bir ittifaqa meyil göstərirdi. Çaldıran döyüşündən sonra Səfəvi şahı Şah İsmayıl Xətai Osmanlı İmperiyasına qarşı mübarizə aparmaq və İran körfəzi vasitəsilə istənilən silahı almaq niyyətilə Portuqaliya ilə ittifaqa girmişdir.Vahid Ömərov. Azərbaycan Səfəvi dövlətinin Avropa ilə əlaqələri . sia.az, 04.10.2012 Məsələn, 1515-ci ilin aprel ayının 29-da Venesiya Respublikasının Kiprdəki canişini Zuan Hradeniqo Nikosiyadan öz hökumətinə belə bir xəbər vermişdir:

"Təsdiq edirlər ki, Şah İsmayıl 100 mindən artıq qoşun və güclü artilleriya toplamışdır".

28 oktyabr 1518-ci il tarixli sənəddə isə qeyd edilir ki,

"Sufinin (Şah İsmayıl) 70 minlik ordusuna Portuqaliya kralı tərəfindən göndərilmiş silahlı əsgərlər, artilleriya mütəxəssisləri daxildirlər".

Başqa bir sənəddə isə Sufinin "ordu və silahla çox güclü olduğu qeyd edilir".

Bəzi məlumatlara görə, Portuqaliya Osmanlı əleyhinə Səfəvilərə yalnız odlu silahla deyil, habelə qoşunlarla, hərbi və maliyyə yardımı göstərirdi. Məsələn, F. Kruzinskinin məlumatlarına görə, I Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20 top almışdır.Xülasət ət-təvarix (B), vərəq 245b (T), vərəq 364b. thumb|Portuqaliya kralı III Juan 1551-ci ildə Portuqaliya kralı III Juan bacarıqlı bir elçisini töhfə və hədiyyələrlə Səfəvi sarayına göndərmiş, səmimi dostluğunu izhar etmişdir.İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi . I cild. Bakı, "Təhsil", 2009, səh.218 Qonaqlar sarayda mehribanlıqla qarşılanmışdılar.Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti . Bakı, "Şərq-Qərb", 2007, səh.124

XVI əsrin 70-ci illərində Səfəvilərin Venesiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki, Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul göndərmək barədə də göstəriş vermişdir.Nizami-i əyalət, səh.73

Aradakı əlaqələrin təməlini və qarşılıqlı etimadın dəbdəbəsini möhkəmlətmək üçün daha bir elçi isə azı 50 nəfərlik böyük bir heyətlə təxminən 1574-cü ildə Səfəvi dövlətinin paytaxtına gələrək, Portuqaliya kralı I Sebastyan tərəfindən bir sıra nadir töhfələr gətirmişdir ki, islam dünyasında onların tayı-bərabəri demək olar ki, yox idi.İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi . I cild. Bakı, "Təhsil", 2009, səh.219 Lakin portuqalların işğalı altında olan Cərun şəhərinin xristianları tərəfdən İslam dininə müxalif bəzi əməllərin törədilməsi və oradakı məscidlərin fəaliyyətlərinin dayandırılması səbəbindən sözügedən elçilər Səfəvi şahından iltifat görmədilər. Hətta I Təhmasib həyatda olduğu müddət ərzində ondan geri qayıtmaq üçün icazə də ala bilmədilər. Yalnız növbəti Şah Məhəmməd Xudabəndənin dövründə icazə alıb, Portuqaliyaya yollandılar.Minadoi, səh.77

1578-ci ildə Osmanlı öz ordularını Səfəvilərə qarşı yeridərkən, Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndə heyəti göndərmiş və Sultan III Murada qarşı birgə çıxış etmək çağırışı ilə Avropanın bütün xristian krallarına müraciət etmişdir.Təzkirət əl-mülük, səh.31.Əhsən ət-təvarix, səh.368. Lakin Səfəvilər üçün ağır olan bu şəraitdə Portuqaliya Osmanlılara qarşı müharibəyə qoşulmadı.Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti . Bakı, "Şərq-Qərb", 2007, səh.126

İranın cənubunda, Hörmüz boğazında yerləşən Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır.R. M. Savory. wan under the Safavids, p.115

Sovet dövrü Hələ Sovet dövründə Portuqaliya ədəbiyyatından bəzi nümunələr Azərbaycan dilinə tərcümə edilmişdir.

Lissabonda ənənəvi olaraq keçirilən Pianoçuların Beynəlxalq Müsabiqəsində müsabiqənin laureatı 1968-ci ildə Azərbaycan pianoçusu Fərhad Bədəlbəyli olmuşdur.

Azərbaycan SSR 1975-ci ildə Portuqaliyada SSRİ günlərinin keçirilməsində iştirak etmişdir.

1976-cı ildə Azərbaycan SSR-də Portuqaliya mədəniyyəti günləri keçirilmişdir.

Müasir dövr Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci ildə tanımışdır.Azərbaycan — Portuqaliya münasibətləri . mfa.gov.az, 17.09.2014 Azərbaycan — Portuqaliya münasibətləri . mfa.gov.az, 14.08.2013 Portuqaliya . mfa.gov.az

Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildə ATƏM-in Budapeştdə keçirilmiş Zirvə Görüşü zamanı Portuqaliyanın Hökumət Başçısı ilə, 1995-ci ilin oktyabr ayında isə Nyu-York şəhərində Portuqaliya Prezidenti Mario Soareşlə görüşmüşdür.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 4-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az

Azərbaycanla Portuqaliya arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin kurasiyasında olan ölkələrlə ikitərəfli münasibətlər . rabat.mfa.gov.az

Portuqaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009

22 sentyabr 2011-ci ildə Murad Arif oğlu Rəhimov Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu vəzifəsinə təyin edilmişdir.Bu barədə Portuqaliyanın rəsmi qəzeti olan "Respublika gündəliyi" qəzetinin 183 saylı, 22 sentyabr 2011-ci il tarixli buraxılışında müvafiq qərar dərc edilmişdir

Azərbaycanın Portuqaliyada səfirliyi olmasa da, 4 may 2015-ci ildə Portuqaliyanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.Portuqaliyanın Bakıda diplomatik nümayəndəliyi açıldı . azadliq.org, 04.05.2015Portuguese Embassy in Baku, Azerbaijan. (Yeni Hayat, Azure Business Center. Nobel Ave.15, 19 floor, Apartment 127) embassypages.com Bu məqsədlə həmin gün nümayəndəliyin müvəqqəti işlər vəkili Maria Joao Lopes-Kordaso bununla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində qəbul edilmişdir.Portuqaliyanın Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb . azertag.az, 04.05.2015

2026-cı ildə Azərbaycanın Portuqaliyada səfirlyinin təsis edilməsi ilə bağlı Milli Məclisdə qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.

Fövqəladə və səlahiyyətli səfirlər

Azərbaycan səfirləri İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Məmməd oğlu Ağabəyov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir."Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri S. M. Ağabəyovun iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 58 nömrəli Sərəncamı. e-qanun.az O, 13 iyul 2012-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır."S. M. Ağabəyovun Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 2362 nömrəli Sərəncamı. e-qanun.az

11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur."Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri T. İ. Əliyevin iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli 2587 nömrəli Sərəncamı. e-qanun.az O, 16 oktyabr 2018-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır."T. İ. Əliyevin Azərbaycan Respublikasının Mərakeş Krallığında, Qambiya Respublikasında, Mali Respublikasında, Mavritaniya İslam Respublikasında, Portuqaliya Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli 555 nömrəli Sərəncamı. e-qanun.az

Portuqaliya səfirləri 24 may 1995-ci ildə Portuqaliya özünün Türkiyə Respublikasındakı səfirinin Azərbaycanda akkreditə olunması barədə müraciət etmiş və 16 iyun 1995-ci ildə Azərbaycan tərəfi buna razılığını verilmişdir.