Əli Dayi (; ) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir.
Həyatı Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol).
Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir.
YUNİSEF-in xoş məramlı səfiridir.
Nailiyyətləri Komandada:
1999 — Almaniya çempionu. 1999 — Çempionlar liqasının finalçısı. 1998 — Asiya oyunlarının qəhrəmanı. 1996 və 2004 — Asiya kubokunun bürünc mükafatçısı.
Şəxsi: İran milli futbol komandasının tərkibində dünyanın ən çox qol vuran futbolçusu — dünya rekordunun sahibi-109 qol 1999 — Asiyanın ən yaxşı futbolçusu. 1996 və 2004 — dünyanın ən yaxşı bombardiri (IFFHS mükafatı) 1996 — Asiya kubokunun bombardiri (8 top) 1998 — Asiya oyunlarının ən yaxşı bombardiri (9 top) 1996 — İran milli futbol komandasının tərkibində rəsmi oyunlarda 20 top (dünya rekordu), həmin il 2 top da yoldaşlıq görüşlərində vurmuşdur. XX əsr Asiya futbolçuları arasında IFFHS reytinqində 7-ci yeri tutur. 2004 — İran çempionatının ən yaxşı bombardiri.
Oynadığı komandalar İstiqlal (Ərdəbil, İran) Taksirani (Ərdəbil, İran) Bank-e Tecarət (Tehran, İran) Persepolis (Tehran, İran) Əl-Sədd (Qətər) Arminiya (Almaniya) Bayer Münhen (Münhen, Almaniya) Herta (Berlin, Almaniya) Əl-Şəbab (BƏƏ) Səba batri (Tehran, İran) Saypa (Kərəc, Tehran)
İstinadlar
Kateqoriya:İran futbolçuları Kateqoriya:İstiqlal FK futbolçuları Kateqoriya:Persepolis FK futbolçuları Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:Herta FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İranın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:Azadigan Liqası futbolçuları Kateqoriya:Fars körfəzi pro-liqası futbolçuları Kateqoriya:İran milli futbol komandasının futbolçuları Kateqoriya:Əl-Sədd FK futbolçuları Kateqoriya:Qətərdə legioner futbolçular Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:İran şəxsləri Kateqoriya:1998 Asiya Oyunları medalçıları Kateqoriya:2002 Asiya Oyunları medalçıları Kateqoriya:1994 Asiya Oyunlarında futbolçular