Taras Şevçenkonun heykəli — Azərbaycanın Bakı şəhərində Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun şərəfinə ucaldılan abidə. Abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir.
Tarixi Abidənin hazırlanması ideyası ukraynalı heykətəraş İqor Qreçanik və onun komandasına məxsusdur. Abidə bürüncdəndir, bununla da o sovet vaxtı hazırlanmış Taras Şevçenkonun digər abidələrindən fərqlənir. Heykəlin müəllifləri Taras Şevçenkonu gənc formada təsvir etmişlər. Taras Şevçenko Kobzar əsərini yazanda belə görünürdü (bu kitabın ilk nəşri onun 26 yaşında olmuşdur). Kobzar əsəri Taras Şevçenko ilə birlikdə abidədə təsvir olunmuşdur.
Abidə quraşdırılan sahədə dəyişiklikər baş vermişdir. Heykəlin yaradılmasını və gətirilməsini Sergey Bondarçuk maliyyələşdirmişdir.
Abidə 30 iyun 2008-ci il tarixində açılmışdır. Açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev və Ukraynanın prezidenti Viktor Yuşenko iştirak etmiş idilər..
Haqqında Abidənin hündürlüyü 3,5 metrdir, bürüncdən hazırlanmışdır. Taras Şevçenko gənc, Kobzar əsəri və qanadlarla təsvir olunmuşdur. Digər tərəfdən isə, abidə ağaca bənzəyir.Памятник Т. Г. Шевченко в г.Баку // Ukrainskiy konqress Azerbaydjana..
İstinadlar
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:2008-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:2008-ci ilin heykəlləri