Boris Andreyeviç Baboçkin (18.1. 1904, Saratov – 17.7.1975, Moskva) – rus aktyoru və rejissoru.

SSRİ xalq artisti (1963), professor (1966), Sosialist  Əməyi Qəhrəmanı (1974), SSRİ Dövlət mükafatı laureatı (1941, 1951; 1977, ölümündən sonra). Səhnə fəaliyyətinə 1921-ci ildən başlamışdır. 1952–1953 illərdə A. S. Puşkin adına Moskva Dram Teatrının baş rejissoru, 1949–1951, 1955–1968 illərdə və 1970-ci ildən Moskva Malı Teatrının aktyoru və rejissoru olmuşdur.

Əsas rolları Çatski ("Ağıldan bəla", A.S. Qriboyedov), Yalançı Dmitri ("Boris Qodunov", A. S. Puşkin), Klaverov ("Kölgələr", M. Y. Saltıkov-Şedrin), Oqnev ("Cəbhə", A. Y. Korneyçuk) və s. E. Rannetin "Brakonyerlər" pyesində Baboçkinin oynadığı Aadamın rolu rus teatrı tarixində mərhələ olmuşdur. "Yaylaq qonşuları" (1939, 1964, M. Qorki), "Pul" (1956, A. V. Sofronov), "İvanov" (1960, A. P. Çexov), "Həqiqət yaxşıdır, xoşbəxtlik daha yaxşıdır", "Tufan" (1965, 1974, A. N. Ostrovski) və s. pyesləri tamaşaya qoymuşdur. Baboçkin 1927 ildən kinoya ("Rəfiqələr", "Aktrisa", "Mister Mak Kinlinin qaçması" və s.) çəkilmişdir. "Çapayev" (1934) filmin də yaratdığı Çapayev obrazı ona dünya şöhrəti qazandırmışdır. "Doğma çöllər" (1945), "Coşqun adam haqqında povest" (1947) filmlərinin rejissoru olmuşdur. 

İstinadlar

Kateqoriya:Xalq artistləri Kateqoriya:1904-cü ildə doğulanlar Kateqoriya:Rusiya rejissorları Kateqoriya:SSRİ rejissorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:SSRİ publisistləri Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)