Səbinə Məmmədzadə — teatr və kino aktrisası, rejissor, Gənc Tamaşaçılar Teatrının aktrisası. 2023-cü ildə səhnə fəaliyyətindəki uğurlarına görə Prezident mükafatına layiq görülüb.

Həyatı Səbinə Məmmədzadə 1991-ci ilin yanvar ayının 4-də Bakı şəhərində anadan olub.

1997–2009-cu illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil alıb, fərqlənmə diplomu ilə bitirib. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Rejissorluğu fakültəsində təhsil alıb, fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildə Moskva Beynəlxalq Yay Məktəbinin Mixail Çexov metodu proqramına qatılıb. Daha sonra Moskva Artmiqrasiya proqramında 15 günlük tədris proqramı üzrə Biomexanika nəzəriyyəsini öyrənib. 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə birgə təşkil etdiyi Gənc Prodüserlər laboratoriyasında iştirak edib. 2018–2020-ci illərdə Teatr Xadimləri İttifaqında Bəhram Osmanovun kursunda Rejissor Laboratoriyasında təhsil alıb.

2013-cü ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

2025-ci ildə Çexov Beynəlxalq Teatr Festivalının rejissor laboratoriyasının iştirakçısı olub və N. Qoqolun "Burun" povesti üzrə səhnələşdirmədə rejissor kimi fəaliyyət göstərib. Həmin il Astanada keçirilən MTAŞ teatr məktəbinin rejissorluq üzrə iştirakçısı olub.

Karyerası İlham Rəhimli "525-ci qəzet"də dərc olunan məqaləsində Səbinə Məmmədzadənin müxtəlif xarakterli baş qəhrəmanlar ifa etdiyini qeyd edib və onun Firəngiz, Leyli, Çipollino, Qırmızıpapaq, Arzu və Çeburaşka rollarındakı aktyor işini ayrıca qiymətləndirib.

Aydın Talıbzadə "Kaspi" qəzetində dərc olunmuş Kalmık qohumlar resenziyasında Səbinə Məmmədzadənin Qohumlar tamaşasındakı Kema rolundakı ifasını ayrıca təhlil edib və onun aktyor işini qiymətləndirib.

Şahanə Müşfiq "525-ci qəzet"də dərc olunmuş Tanış "Qağayı", fərqli quruluş, yeni nəfəs resenziyasında Səbinə Məmmədzadənin Nina Zareçnaya rolundakı ifasını ayrıca qiymətləndirib.

Teatr rolları Tamaşanın adı Rol Rejissor Müəllif Hasarın o üzü Çiçək Bəhram Osmanov Əli Əmirli Qırmızı papaq Qırmızı papaq Bəhram Osmanov Yevgeni Şvarts Əlibaba və qırx quldur Mərcan Loğman Kərimov Ərəb xalq nağılı Şahzadə Xəzəriiin nağılı Büllur, Qaravaş Nicat Kazımov Kamran Ağabalayev Ağ ölüm NərgizAyla OsmanovaV. Siqarev III Riçard Ledi Şour Cənnət Səlimova Uilyam Şekspir Çirkin ördək balası Ördək balası, II dişi Qu quşu Nicat Kazımov Nicat Kazımov Dəcəl keçi Keçi Ayla Osmanova Pərvin Nurəliyeva Məlikməmməd və sehrli almalar Divşən Nicat Kazımov Nicat Kazımov Siçan Biri vardı, biri yox Bəhram Osmanov Əjdər Ol Mən gəldim qızlar(Müharibə) Semira Bəhram Osmanov Lars Noren Arzu və Murad Arzu Gülnar Hacıyeva Sevinc Elsevər Qohumlar Kema Boris Manciyev V. Şuqrayeva, Əli Əmirli Xortdanın cəhənnəm məktubları Gövhərtac Boris Manciyev Əbdürrəhim bəy Haqverdiyev Leyli və Məcnun Leyli Nicat Kazımov Məhəmməd FüzuliÇipollino Çipollino Yelena İvanova Canni RodarriÇeburaska ÇeburaskaAyla HəşimovaEduard UspenskiÇipollino Çipollino Yelena İvanova Canni RodarriGermiya Yay gecəsində yuxuPyotr ŞerevşevskiUilyam ŞekspirLeylaMən öləndə ağlamaAyla OsmanovaPərvin NurəliyevaFirəngizOqtay EloğluVaqif ƏsədovCəfər CabbarlıElf "Şən Elf və cadugər"Ayla Osmanovaİngilis nağıllarının motivləri əsasındaNina ZareçnayaQağayıNicat KazımovAnton ÇexovŞövkət MəmmədxanovaV. X. AMehriban ƏləkbərzadəMehriban ƏləkbərzadəLeylaÜmid nəğməsiNicat KazımovPərviz Seyidli

Quruluş verdiyi tamaşalar Mark Levi, Bəlkə də həqiqətdir əsəri əsasında Pərvin Nurəliyevanın Ürəyə düş pyesi (TXİ, 2019) Türkiyənin Diyarbəkir şəhərində Mordem Sanat Akademiyasında təşkil olunan Mono Tamaşalar Teatr Festivalı üçün hazırlanan Ü. Heydərovanın Pələng mono tamaşası Corc Bayronun Qabil pyesi əsasında hazırlanan Xülya (TXİ Rejissor Laboratoriyası, 2021) Səbinə Məmmədzadənin Nağıllar şəhzadəsi (Teatral studiya, Uşaq İncəsənət Akademiyası, 2021) Səbinə Məmmədzadənin Balaca Günəşin nağılı (Gəncə Dövlət Filarmoniyası, Teatral studiya Uşaq İncəsənət studiyası) Hüseyn Cavidin İblis əsəri əsasında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas pilləsində təhsil alan şagirdlərlə hazırlanmış tamaşa Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas pilləsində təhsil alan şagirdləri üçün xoreoqrafik kompozisiya Şəhid ailələrinin övladları üçün Möcüzələr Diyarına adlı tamaşa — quruluşçu rejissor və ssenari müəllifi Bahar əfsanəsi adlı tamaşa — quruluşçu rejissor Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında İ. Fəhminin Şahnamə əsərində ikinci rejissor Cəfər Cabbarlının Solğun çiçəklər əsəri əsasında hazırlanmış tamaşa — səhnələşdirən və quruluşçu rejissor

Solğun çiçəklər tamaşası ilə bağlı resenziyada Səbinə Məmmədzadənin rejissor işi ayrıca təhlil olunub. Samirə Behbudqızı onun süjetə əlavə etdiyi uşaqlıq xatirələrinin Gülnisə obrazının yozumuna təsirini və rejissor seçimini müzakirə edib.

Layihə rəhbəri Laçın Teatral Studiyasının yay düşərgəsi proqramında təqdim olunan C. Cabbarlının, Fikrət Əmirovun Sevil əsəri (rejissor Nicat Kazımov) — menecer, layihə rəhbəri J. P. Sartrın Dəfn olunmamış ölülər — menecer, layihə rəhbəri M. Qorkinin Danko haqqında əfsanə — layihə rəhbəri

Mükafatları 2014-cü ildə Hasarın o üzü tamaşasındakı Çiçək obrazına və uğurlu fəaliyyətinə görə 2 fevral — Azərbaycan Gəncləri Günü münasibətilə təltif edilib.Gənc aktrisa "Gənclər mükafatı"na layiq görülüb 2015-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya səfəri zamanı Azərbaycan və Kalmıkiya teatrları arasında mədəni əməkdaşlığın inkişafına töhfəsinə görə Kalmıkiya Teatr Xadimləri İttifaqının diplomu ilə təltif olunub.Gənc Tamaşaçılar Teatrının Kalmıkiyaya səfəri yekunlaşıb — Fotoreportaj 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səhnə fəaliyyətindəki uğurlarına görə Prezident mükafatına layiq görülüb.

Filmoqrafiya

Seriallar Həyat varsa... (serial, 2012-2014) Bir ovuc torpaq (teleserial, 2013) Bir ailəm var (serial, 2013) — Sevgi Məryəm (teleserial, 2016) — Nuray Ögey ana (teleserial, 2017) — Cəmilə O gecə (teleserial, 2019) — Xumar Dağıntılar altında (teleserial, 2019) — Aysu Atılmışlar (teleserial, 2019) Ata ocağı (serial, 2017) Eltilər (komediya serialı, 2022) — Lətifə Sara (serial, 2023)

İkinci rejissor kimi çalışdığı layihələr Qanun naminə (teleserial, 2013) 5+ (uşaq serialı)

Filmlər Ultionis (tammetrajlı psixoloji triller, 2012–2013) Qara bağ (qısametrajlı film, 2015) Buludlar (film, 2015) Xeyirlə şərin rəqsi (film, 2016) İkinci pərdə (2017) Zəng (film, 2019) Ata ocağı — Dilarə

Xarici keçidlər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — Səbinə Məmmədzadə

İstinadlar

Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları