Buq, Qərbi Buq ( , Zakhidnyy Buh, ; ), tarixi Azərbaycandilli mənbələrdə Ağsu çayıDIZIONARIO ITALIANO E TURCO, Milano, 1834 (s.728) Bog, f di Polonia, ah su. — Polşa, Ukrayna və Belarus ərazilərində çay (xeyli hissəsi sərhəd xətti boyu uzanır). Visla çayının sağ qolu. Uz. 831 km, hövzəsinin sah. 73,5 min km2 . Podol yüksəkliyindən başlanır. Əsasən, Mazovets-Podlyas ovalığı ilə axır. Qar və yağış suları ilə qidalanır. Yazda gursuludur, tez-tez daşqınlar olur. Ortaillik su sərfi mənsəbində 332 m³/san-dir. Dekabrın axırından martın ikinci yarısınadək buzla örtülü olur. Əsas qol ları:Muxavets, Narev. Dnepr-Buq kanalı və digər çaylar Buqu Dnepr çayı, Avqust kanalı isə Neman çay sistemləri ilə birləşdirir. Ağac axıdılır. Mənsəbindən 315 km məsafədə gəmiçiliyə yararlıdır. Çervonoqrad (Ukrayna) və Brest (Belarus) şəhərləri Buqun sahilindədir.
İstinadlar
Kateqoriya:Ukrayna çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Avropanın beynəlxalq çayları Kateqoriya:Belarus çayları Kateqoriya:Belarus sərhədləri Kateqoriya:Polşa çayları Kateqoriya:Ukrayna sərhədləri