thumb|Albaniyanın avtomobil yolları şəbəkəsi Albaniyada nəqliyyat — Albaniya Respublikasındakı nəqliyyat, nəqliyyat infrastrukturu və nəqliyyat növləri.
Vəziyyəti Ölkənin əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avto mobil yollarının uzunluğu 18 min km-dir ki, onun da 30%-i bərkörtüklüdür.
Ölkə avtoparkın böyük hissəsi köhnə maşınlardan ibarətdir. Kənd yerlərində yük maşınları böyük üstünlük təşkil edir.
Paytaxt Tiranadan ölkənin bütün şəhərlərinə, həmçinin xarici ölkələrə avtobus işləyir.
Dəmir yolları Dəmir yollarının uzunluğu 720 km-dir.
Avtomobil yolları və dəmir yolları ölkənin qərbindəki düzənlik hissəsindədir, yalnız tək-tək şose yolları ölkənin şərqindəki dağ silsilələrini aşır.
Gəmiçilik Dəniz ticarət donanması 24 gəmidən ibarətdir ki, onlardan 7-sinin subasımı 1000 tondan çoxdur. Başlıca xarici ticarət limanı Durresdir ki, buranın yük dövriyyəsi ölkənin limanlarındakı ümumi yük dövriyyəsinin təqribən 90%-ni təşkil edir. Sonrakı yerdə Vlyoradır.
Ölkədə çay gəmiçiliyi də vardır.
Boru nəqliyyatı 2004-cü ilin məlumatlarına görə ölkədə 339 km uzunluğunda qaz, 207 km uzunluğunda neft boru kəməri fəaliyyət göstərmişdir.
Hava nəqliyyatı Tiranadan 25 km aralıda beynəlxalq aeroport var.
İstinadlar