Proletarski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Yayon mərkəzi Proletarsk şəhəridir. Rayon mərkəzindən Rostov-na-Donu şəhərinə olan məsafə 206 km təşkil edir.
Tarixi Rayon 1924-cü ildə təşkil olunmuşdur. 1944-cü ildə onun ərazisinə Kalmıs rayonunun bir hissəsi birləşdirilmişdir. 1963-cü ildə Orlovski rayonunun hesabına genişlənsədə 1965-ci ildən ondan ayrılmışdır. Elə həmin ildə Srmikarakorski rsyonunun iki kənd sovetliyi ona birləşdirilmişdir
Coğrafiyası Proletarnı rayonu Rostov vilayətinin cənub-şərqində yerləşir. Şimaldan Veselovski, Semikarakorski Martınovski, şərqində Orlovski, cənubdən və qərbdən isə Salski rayonu əhatələnmişdir. Rayonun ərazisi 2740 km² təşkil edir.
Manıç çayı üzərində inşa edilən su anbarı onun iqtisadiyyatına böyük təsir göstərmişdir. Ədəbiyyat Ən soyuq ay olan yanvar ayının orta temperatur -20,25 °C, ən isti ayı olan iyul ayında isə 40-45 °C tmperatur müşahidə edilir. Orta illik temperatur 9,9°;С təşkil edir. Maksimal yağıntı may-iyun aylarına təsadüf edir. Minimal yağıntı otyabrda düşür ki, oda 29 mm təşkil edir. Orta illik yağıntının miqdarı isə 511 mm təşkil edir. Qışda külək cənub-şərq, yayda isə şərq, cənub-şərq istiqamətlidir. Maksimal küləklər fevralda müşahidə edilir (5,6 m/san). Minimalı isə iyun ayında müşahidə edilir (3,4 m/san) Rayon ərazisi Əkinçilikdə isrifadə edilən torpaq sahəsi 272,830 min ha-dır. Üstəlik 4,2 min ha meşə zolağına sahibdur.
Əhalisi Rayon ərazisindı 36,29 min nəfər yaşayır. Hər km² isə 13,3 nəfər düşür.
Mənbə Пролетарский район на сайте администрации Ростовской области Официальный сайт Администрации Пролетарского района Пролетарский район на сайте Rosdon.ru Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Пролетарская центральная библиотека İstinadlar
Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər