Çertkovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir. Tarixi 1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir
Coğrafiya Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir. Burada Rusiya-Ukrayna sərhədi keçir. Faydalı qazıntılardan gil, qum, daş və çınqıl çıxarılır.
Əhalisi Rayon əhalisinin sayı 34 619 min nəfər təşkil edir.
İnzibati bölgü Çertkovski rayonu ərazisinə 14 kənd yaşayış məntəqəsi daxil edilmişdir: Alekseevo-Lozovski kənd yaşayış məntəqələri. Donskoe kənd yaşayış məntəqələri. Zubrilinskoe kənd yaşayış məntəqələri. Kuteynikovskoe kənd yaşayış məntəqələri. Menkovskoe kənd yaşayış məntəqələri. Mixaylovo-Aleksandrovskoe kənd yaşayış məntəqələri. Naqibinskoe kənd yaşayış məntəqələri. Olxovçanskoe kənd yaşayış məntəqələri. Osikovskoe kənd yaşayış məntəqələri. Setrakovskoe kənd yaşayış məntəqələri. Soxranovskoe kənd yaşayış məntəqələri. Çertovskoe kənd yaşayış məntəqələri. Şeptuxovskoe kənd yaşayış məntəqələri. kənd yaşayış məntəqələri. Şedrovskoe kənd yaşayış məntəqələri.
İqtisadiyyat Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon ərazisində 40 taxılçılıq istiqamətli müəssisə fəaliyyət göstərir. Nəqliyyat Çertkovo qəsəbədindən Rostov-na-Donu—Moskva avtomagistralına məsafə 35 km-dir. Çertkovo dəmir yolu stansiyası Rostov-na-Donu—Voronej—Moskva dəmiryolu xəttinin üzərində yerləşir.
Həmçinin bax Çertkov tarix-diyarşunaslıq muzeyi
Mənbə Чертковский район на сайте администрации Ростовской области Сайт Администрации Чертковского района Муниципальное образование Чертковского района Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Чертковский район на сайте Rosdon.ru Почтовые индексы: Чертковский Район Почтовые индексы | Ростовская область | Чертковский район
İstinadlar
Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1920-ci ildə yaranmış dövlətlər və ərazilər