Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür.
Böyük Prespa Gölü (, , ) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (, ) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Ərazi, Albaniya, Yunanıstan və Makedoniya Respublikasında olan üç Milli parka aiddir. Prespa gölləri ərazisindəki ən böyük yaşayış məntəqəsi Makedoniya Respublikasında olan Resen qəsəbəsidir. 2014-cü ildə Albaniya ilə Makedoniya arasındakı Ohri-Prespa Transsərhəd Qoruğu UNESCO-nun Dünya Biosfer Qoruğu Şəbəkəsinə əlavə edildi.
Tarixi XX əsrdə Çar Samuyil, sərhədin Yunanıstan tərəfindəki Kiçik Prespa gölündəki Aqiyos Açilliyos adlı bir ada üzərində Müqəddəs Açilliyus qalasını və kilsəsini inşa etdi. Makedoniya tərəfindəki Böyük Prespa gölündəki ən böyük ada, Qolen Qrad () və Zmiski Ostrov ()-dur. Digər ada Mal Qrad (Albaniyadakı kiçik bir qəsəbə), Müqəddəs Pyotra həsr olunmuş XIV əsrdən qalma dağılmış bir monastırın olduğu yerdir. Bu gün, hər iki ada da boşdur.
Böyük Prespa Gölü qərbdə yalnız təxminən 10 km-lik bir sahədə olan Ohri gölündən təxminən 150 metr uzaqlıqda olduğu üçün, sular Karstaki yeraltı kanallarından keçməkdə və Ohri Gölünə axan çayları bəsləyən bulaqlardan çıxmaqdadır.Tomas Vilke, Risto Vayinola, Frank Riyedel (2009), Qədim Göllərdə Türləşmənin növləri və Prosesləri: Qədim Göllərdə Türləşmə Simpoziumu, Berlin, Almaniya, Sentyabr 4-8, 2006 (Hidrobiyologiyadakı İnkişaflar) , səh. 107, Springer, ISBN 1-4020-9581-3
Vəhşi Həyatı Göldə yalnız 11 yerli balıq növü bilinir, ancaq bunların 9-u endemikdir: Prespa İnci Balığı ; Alburnus belvica ; Barbus prespensis ; Chondrostoma prespense ; Cobitis meridionalis ; Pelasgus prespensis ; Rutilus prespensis ; Salmo peristericus və Squalius prespensis Talevski, Miloseviç, Mariç, Petroviç, Talevska və Talevska (2009). İxtiyofauna'nın Prespa Gölünəki , Ohri Gölündəki və Skadar Gölündəki Biomüxtəliflik. Biotexnologiya və Biotexnologiya Avadanlıqları. Biotexnologiya və Biotexnologiya Avadanlıqları 23(2). ISSN 1310-2818
Qalereya
Həmçinin Bax Mikri-Prespa gölü Pelister Milli Parkı Baba dağı (Makedoniya)
İstinadlar
Xarici Keçidlər Transsərhəd Prespa Parkı Prespa Milli Parkının Albaniyadakı Rəsmi Saytı
Kateqoriya:Albaniya milli parkları Kateqoriya:Qədim göllər Kateqoriya:Sərhəd gölləri Kateqoriya:2000-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Albaniya gölləri Kateqoriya:Avropadakı axarsız göllər Kateqoriya:Adriatik dənizi hövzəsi