Anortit (yun. άνορθός – çəp) – plagioklazlar qrupuna aid süxur əmələgətirən mineral. Albit-anortit izomorf sırasının sonuncu üzvü. Kimyəvi tərkibi Ca(Al2Si2O8) (20,1% – CaO; 36,7% –Al2O3; 43,2% – SiO2). Sinqoniyası triklinikdir. Kristalları prizmatik, lövhəvidir. Yöndəmsiz dənələr formasında, sıx dənəli aqreqatlar şəklində rast gəlinir. Ağ, bozumtul, sarımtıl və s. rənglərdə olur. Şüşə parıltılıdır. Sərtliyi – 6–6,5, sıxlığı 2740–2760 kq/m³. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis Anortit az tapılır. Anortitə meteoritlərdə də təsadüf edilir. Digər plagioklazlarla yanaşı saxsı istehsalında istifadə olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tektosilikatlar Kateqoriya:Çöl şpatları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Qiymətli daşlar Kateqoriya:Triklinik sinqoniya mineralları