Lənkəran qəzasında soyqırımlara dair mənbələr Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yanında Siyası Sənədlər Arxivinin 277-ci fondunda, Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondunda qorunub saxlanılan sənədlər Lənkəranda törədilmiş soyqırıma şahidlik edir. Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdırmaq üçün təşkil edilən Fövqəladə Təhqiqat Komissiyası denikinçi-daşnak-bolşevik qüvvələrin fəaliyyəti ilə bağlı olaraq Lənkəran qəzasında təhqiqat işlərinə başlanılmadığına görə FTK-nın sənədlərində bu barədə məlumat demək olar ki, yoxdur. Azərbaycan Cümhuriyyətinin rəsmi qəzetinin səhifələrində də soyqırım aktlarını təsdiq edən kifayət qədər məlumatlar var. Xüsusilə "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında bu barədə məlumatlar verilmişdir. Xüsusilə də Zаqаfqаziyа (Qоri) Müəllimlər Sеminаriyasının məzunu, tarixçi Teymur bəy Bayraməlibəyovun bu barədə qəzet səhifələrində yazdığı məqalələrə diqqət yetirilmişdir. Tədqiqatın gedişində Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev, “Lenin” ordenli müəllim Əbülqasım Qasımov kimi şahidlərin xatirələrinə də müraciət edilmişdir. Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Mirhaşım Talışlının da xatirələrindən istifadə edilmişdir.Nəciyev E.R. Denikinçilərin və erməni daşnaklarinin Lənkəran qəzasında törətdiyi soyqırım// AMEA Tarix İnstitutu “Elmi Əsərlər” “XX əsrdə türk-müsəlman əhaliyə qarşi soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları. Xüsusi Buraxılış. №,64,65,66. Bakı, 2017, s. 317-321 Daşnak-Denikinçi birləşmələrin törətdiyi soyqırımlar Böyük dövlətlərdən, xüsusilə Rusiyadan hərtərəfli kömək alan erməni cəlladları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstərmişlər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə etmiş, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdiAzərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. /AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorlugunun birgə layihəsi. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s. 7. Bu baxımdan Azərbaycanın Lənkəran qəzası da erməni daşnaklarının denikinçilərlə birgə həyata keçirdiyi soyqırım aktından kənarda qalmamış və bu ərazidə də 1918-1919-cu illərdə kütləvi qətl və qarətlər həyata keçirilmişdir. Lənkəran mühüm strateji və ərzaq rayonu olub, Bakının arxası və ingilislərin ağalıq etdikləri Qacar İranı ilə həmsərhəd idi. Lənkəran vasitəsilə Orta Asiya və Həştərxanla əlaqə saxlamaq, Sovet Rusiyasından məsləhət və kömək almaq mümkün idi. Bu baxımdan Lənkəranın əldə saxlanması istər bolşeviklər, istərsə də onların hamilik etdiyi erməni daşnakları üçün vacib idi. Bu məqsədlə Stepan Şaumyan milli qüvvələrin - Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirməyi planlaşdırırdı. Tam şəkildə ələ keçirmək isə etnik təmizləmə siyasəti kimi başa düşülməlidir. 1917-ci il dekabrın 20-də Lənkəran qəzası üzrə Müəssislər Məclisinə seçkilərin nəticələrinə görə Müsavat Partiyasının 53.910 səs topladığınıБеленький С. и Манвелов А. Революция 1917 года в Азербайджане (хроники событий). Баку: АЗГИЗ «а»,1927, c. 237 nəzərə alsaq bu başa düşüləndir. Soyqırımın həyata keçirildiyi bütün Azərbaycan torpaqlarında olduğu kimi məqsəd həm də Azərbaycan хalqının milli-azadlıq mübarizəsini önləmək, onun mərkəzdə və əyalətlərdəki dayaqlarını zəiflətmək idi. Bu niyyətin reallaşdırılması üçün soyqırıma məruz qalan insanların etnik mənsubiyyətinə görə də fərq qoyulmadı, məhv edilməsi üçün müsəlman olması yetərli idi.
Źródło i licencja
Na podstawie: Wikipedia — Lənkəran qəzasında soyqırımlar (1917-1919) · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.