Behiç Buğra Gülsoy () — Türkiyə aktyoru.

Bioqrafiya 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı.Bioqrafiya . bugragulsoy.com

İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün () adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm () filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. Günəşi Gördümün ardından Atv-də yayımlanan Unudulmaz () adlı serialda Tolqa obrazını canlandırdı. Rejissoru Dərviş Zaim olan və 2011-ci ildə nümayişə girmiş olan Kölgələr və Surətlər () adlı filmdə Əhməd adlı bir Türk gəncini canlandırmışdır. Kanal D-də yayımlanan Fatmagülün Günahı Nədir? () serialında bir sezon ərzində Vural obrazını canlandırmışdır. Yenə Kanal D-də yayımlanan, Şimal Cənub () adlı serialda Kıvanç Tatlıtuğ ilə baş rolları bölüşmüş və bu serialda Günəy Təkinoğlu obrazını canlandırmışdır. Ardından TRT 1-də yayımlanan Köhnə Hekayə () serialında baş rolu, Mətə obrazını canlandırmışdır. FOX Tv-də yayımlanan Eşq Yenidən () adlı serialda Fateh Şəkərcizadə rolunu canlandırıb və Özgə Özpirinçci ilə baş rolu bölüşüb.

Ankarada anadan olan aktyor İstanbulda yaşayır. Teatr həyatına dostları Sərhat Teoman, Fateh Sönməz və Əmrə Ərkan ilə birlikdə qurduğu Teatr Qutu () ilə davam etmişdir. Teatr Qutu-nun bağlanmasının ardından Sərhat Teoman və Əmrə Ərkan ilə birlikdə qurduqları, GET Yapım ilə kino və teatr işlərinə davam edir. Özü kimi serial və film aktyoru olan Burcu Qara ilə 2011-ci ilin yay fəslində evlənmiş, 2012-ci ilin Avqust ayının 2-də boşanmışdır.Buğra Gülsoy . TurkishStarsDaily.com -dan

Filmoqrafiya

Seriallar İlAdObrazNotlar2008Hamımız Birimiz ÜçünNazimAktyor2009–2010UnudulmazTolqaAktyor2010–2011Fatmagülün Günahı Nədir?Vural NamlıAktyor2011–2013Şimal CənubGüney TəkinoğluAktyor2013–2014Köhnə HekayəMətəAktyor2014Mənə Artıq Hicran DeSinanAktyor2015–2016Eşq YenidənFateh ŞəkərcizadəAktyor2018Qızım Dəmir Göytürk Aktyor

Filmlər İlAdRolNotlar2004TrioQısametrajlı Film — Aktyor2005HeterotopiyaQısametrajlı Film — Rejirssor, Aktyor2006İnsan ÜçləməQısametrajlı Film — Rejirssor, Aktyor2007Alt ÜstQısametrajlı Film — Rejirssor, Aktyor2007Nar YarasıQısametrajlı Film — Aktyor2007Xoşbəxt SonArdaQısametrajlı Film — Rejirssor, Aktyor2009Günəşi GördümBəratAktyor2010Kölgələr və SurətlərƏhmədAktyor2011Gözəl Günlər GörəcəyikCumaliAktyor2016BaldızƏhmədAktyor2016Robinzon KruzoƏhmədSəsləndirmə2016MəhəlləƏhmədSsenarist, Rejissor

Mükafatlar İlMükafat MərasimiKateqoriyaLayihəNəticə20144-cü Elle Stayl MükafatlarıElle Stayl İlin Kişi AktyoruNamizədlik20154-cü Kristal Siçan Media MükafatlarıƏn Yaxşı Kişi AktyorEşq YenidənNamizədlik42-ci Panten Qızıl Kələbək MükafatlarıƏn Yaxşı Kişi Komediya AktyoruNamizədlikƏn Çox Yaraşan Cütlük (Zeynəp və Fateh)Namizədlik6-cı İMK Sosial Media MükafatlarıƏn Yaxşı Kişi AktyorNamizədlik201623-cü İTÜ EMÖS Müvəffəqiyyət Mükafatlarıİlin Ən Müvəffəqiyyət Kişi Serial AktyoruNamizədlik7-ci KTÜ Media MükafatlarıƏn Bəyənilən Kişi AktyorNamizədlikEryetiş və Balkanlar Təhsil Təşkilatları Mavi Çinar Mükafatlarıİlin Ən Yaxşı Kişi Serial AktyoruQalibEgey Universiteti 5-ci Media MükafatlarıƏn Yaxşı Kişi Serial AktyoruNamizədlikMGD 22-ci Qızıl Obyektiv MükafatlarıƏn Yaxşı Romantik və Komediya Serialı Kişi AktyoruQalib

Həmçinin Bax Alişan Kadir İnanır Şener Şen

Xarici Keçidlər Rəsmi satı IMDb-də Buğra Gülsoy

İstinadlar Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Ankarada doğulanlar Kateqoriya:Teatr aktyorları Kateqoriya:Türkiyənin teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə fotoqrafları Kateqoriya:Türkiyə memarları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları