Bu, hər mövsüm üzrə Azərbaycan Premyer Liqasının bombardirlər siyahısıdır. İlk milli çempionat 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu ada "Xəzər Sumqayıt" klubunun oyunçusu Nazim Əliyev layiq görülmüşdür. O, həmçinin bu adı ən çox, (3 dəfə) qazanan yeganə oyunçudur və bu günə qədər bir mövsüm ərzində Azərbaycan çempionatında ən çox qol vurmuş (39 qol) futbolçu sayılır.
Çempionat tarixində yalnız 1 mövsüm 2 futbolçu eyni anda bombardir adını qazanmışdır. Belə ki, 1995/96 mövsümündə "Kəpəz"in iki futbolçusu - Rövşən Əhmədov və Fazil Pərvərov 23 qol vurub, lakin daha az oyun keçirmiş Fazil Pərvərov bu adda birinciliyi əldə etmişdir.
Mövsümlər üzrə bombardirlər Mövsüm Bombardir Qol sayı Klub1992 Nazim Əliyev39Xəzər Sumqayıt1993 Samir Ələkbərov16Neftçi1993-94 Musa Qurbanov35Turan Tovuz İK1994-95 Nazim Əliyev26Neftçi1995-96 Fazil Pərvərov / Rövşən Əhmədov23 / 23Kəpəz PFK1996-97 Qurban Qurbanov34Neftçi1997-98 Nazim Əliyev23Bakı FK1998-99 Alay Bəhramov24Viləş Masallı FK1999-00 Badri Kvaratsxeliya16Şəmkir FK2000-01 Paşa Əliyevn12Bakılı Bakı2001-02 Alay Bəhramov15Şəmkir FK2002-03Çempionatı təşkil edilməmişdir.2003-04 Samir Musayev20Qarabağ2004-05 Zaur Ramazanov21Karvan İK2005-06 Yakuba Bamba16Karvan İK2006-07 Zaur Ramazanov20Xəzər-Lənkəran FK2007-08 Xəqani Məmmədov19Qarabağ2008-09 Valter Quqlemon17İnter Bakı PİK2009-10 Fərid Quliyev16Standard Sumqayıt FK2010-11 Giorgi Adamiya18Qarabağ2011-12 Bahodir Nasimov16Neftçi2012-13 Nikolas Kanales26Neftçi2013-14 Reynaldo dos Santos Silva22Qarabağ2014-15 Nurlan Novruzov15Bakı FK2015-16 Dani Kintana15Qarabağ2016-17 Rauf Əliyev / Filip Ozobiç11İnter Bakı PİK / Qəbələ FK2017-18 Baqali Dabo 13Qəbələ FK
Milliyyətə görə Milliyyət Qalib sayı 17 2 2 1 1 1 1 1 1
Kateqoriya:Azərbaycan Premyer Liqası Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:Azərbaycan klublarına görə futbolçular Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanda futbol