() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Ovlanması qadağan olunmuşdur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına, Ramsar, Bern, Bonn, CİTES konvensiyalarına və AEWA sazişinə daxildir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və yasaqlıqlar əsas yaşama yerləri kimi qəbul olunmuşdur. 2024-cü ilin noyabrında nəslinin kəsildiyi açıqlanmışdır. Miqrasiya vaxtında qanunsuz ovlanması və su-bataqlıq biotoplarının qurudulması növün nəslinin kəsilməsinə səbəb olan əsas amillər olmuşdur.

Təsviri Qarğadan xeyli kiçikdir. Dimdiyi digər əyridimdik növlərindən qısa, lakin bənzər formada aşağıya əyridir. Əsas rəngi naxışlı qonur-bozdur. Döşünün naxışları uzununa yerləşir, onun aşağı hissəsində isə ürək formalıdır. Belinin arxa hissəsi və quyruğunun üst örtüyü ağdır. Sükan lələkləri də ağdır, üzərində isə bir neçə köndələn zolaq var. Bədəninin uzunluğu 41 sm, qanadının uzunluğu 23,0-26,0 sm, dimdiyi 6,9-8,8 sm-dir.

Yayılması Avrasiyanın meşə-bozqır zonasında yayılıb. Aralıq dənizi sahillərində qışlayır. Azərbaycanda Xəzər dənizi sahilində təsadüf edilir. Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Həyat tərzi Su hövzələrinin sahilindəki dayaz sularda və bataqlıq sahələrdə yemlənir. Azərbaycanda miqrasiya dövründə olurdu. Yaz miqrasiyası az vaxt aparırdı (aprel), payız miqrasiyası isə avqust ayından oktyabra qədər davam edirdi.

Sayı 20-ci əsrin əvvələrində Azərbaycanda nadir növ idi. Azərbaycanda ən son 1988-ci ildə Yaşmada ovlanmış fərdi qeydə alınmışdır.

Əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

İstinadlar

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Rusiya quşları Kateqoriya:Yoxa çıxmış növlər Kateqoriya:Lui Pyer Vyeyo tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1817-ci ildə təsvir edilən quşlar