() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Xarakterik morfoloji əlamətləri Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdirQ.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 179–180.Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 104-106.Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 352–362..

Kateqoriyası və statusu Çoxsaylıdır.

Yayılması Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb.

Növdaxili müxtəlifliyi Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c. Satunini Zarudny, 1908) yayılıb.

Yaşayış yeri və həyat tərzi Dendrofil quşdur. Seyrək və xırda meşəliklərdə, kolluqlarda, bağlarda, çayboyu ərazilərdə yaşayır. Nəsilvermə dövründə cüt–cüt yaşayır. Ovetmə ərazisi 3000–7000 m²-dir.

Qida spektri Entomofaqdır. Bəzi hallarda bitkilərin toxumları ilə qidalanır. Yemi ağaclardan, kolluqlardan, yerdən və otların arasından əldə edir.

Təbii düşmənləri Azərbaycanda məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri Monoqamdır. İldə 2 dəfə yuvalayır. Ağac koğuşlarında yuva qurur, I yuvada 9–12 yumurta, II yuvadakı yumurtaların sayı 6-8-ə qədər olur. Kürtyatma 12–14 gün çəkir. 16-18 gündən sonra balalar yuvanı tərk edir.

Növün fenologiyası Lələkdəyişmə bir qədər gec başlayır, sentyabrdan oktyabrın əvvəllərinə kimi. thumb|Cyanistes caeruleus

Ontogenezi Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir.

Reproduktivliyi İldə 2 dəfə çoxalır, I dəfə 9-12, II dəfə isə 6-8 yumurta verir.

Xromosom göstəriciləri Məlum deyil

Sayı və limit faktorları Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozdakı rolu Çoxalma dövründə zərərli həşəratların və onların sürfələrinin tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu Estetik və elmi əhəmiyyətlidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri Elmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar