Tbilisi Cümə məscidi () və ya sadəcə Cümə məscidi (); daha əvvəl Sünni məscidi (; ) — Gürcüstanın paytaxtı Tbilisi şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında, Botanika küçəsində fəaliyyət göstərən məscid.
İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırkı formasmın almışdır.
Tarixi left|thumb|245x245px|Paul von Frankenin "Tiflisin görünüşü" (1859-cu il) tablosundan Sünni məscidi Tbilisidəki ikinci məscid Səfəvi-Osmanlı müharibəsi (1723–1727) dövründə Osmanlı ordusunun şəhəri zəbt edilməsindən sonra tikilmişdir (təxminən 1723–1735-ci illərdə). Nadir xan Əfşarın Səfəvi-Osmanlı müharibəsi (1730–1736) dövründə Qafqaz yürüşü nəticəsində 1735-ci ildə Tbilisini geri almışdır. 1740-ci illərdə Nadir şah məscidin dağıdılmasını əmr etmişdir.
Şəhər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra burada öz məscidinə ehtiyacı olan tatar sünni icması meydana çıxır. 1846–1851-ci illərdə italyan memar Covanni Skudiyerinin layihəsi ilə bərpa və ya yenidən inşa edilib. XIX əsrin sonunda, 1895-ci ildə Bakı milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Şərq hissəsini xeyli genişləndirilərək ikinci mərtəbə tikdirmiş və təmir etdirmişdir. Məscidin yeni binasının tikilməsinə Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbovun böyük xidmətləri olmuşdur. Orenburqda çıxan "Şura" jurnalı bu barədə yazır: thumb|Cümə məscidin girişində 5 dildə yazı Bu məscid Sovetlər dövründə də fəaliyyətdə olmuşdur. Buraya ibadət etməyə əsasən azərbaycanlılar və Kazan tatarları gəlmişlər. Məscidin iki mehrabı var. 150 ilə yaxındır ki, hər iki məzhəbin ardıcılları (şiələr və sünnilər) məsciddə dostluq və qardaşlıq şəraitində vəhdəti hifz edərək birgə ibadət edirlər.
Qalereya
İstinadlar
Kateqoriya:Gürcüstan məscidləri Kateqoriya:1864-cü ildə yarananlar Kateqoriya:1950-ci ildə ləğv olunanlar