Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı () — beynəlxalq qeyri hökumət təşkilatı. Beynəlxalq Biokimya İttifaqı kimi 1955-ci ildə yaradılmış, 1991-ci ildən indiki adı ilə fəaliyyət göstərməkdədir. 1955-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. İttifaqın əsas vəzifəsi dünyadakı ən yeni nailiyyətləri nəzərə almaqla biokimya və molekulyar biologiya sahəsində tədqiqatların və təhsilin inkişafına kömək etməkdir.

2010-cu ilin məlumatlarına görə 77 ölkənin alimlərini özündə birləşdirir. İttifaq 3 ildən bir biokimya və molekulyar biologiya üzrə tədqiqatların bütün əsas istiqamətlərinin təqdim olunduğu beynəlxalq konqreslər keçirir. 1992-ci ildən konqreslərin çağırış dövrləri arasında konfranslar və xüsusi müşavirələr keçirilir.

İttifaq işçi müşavirələrini təşkil və himayə edir, inkişaf edən ölkələrin gənc tədqiqatçıları üçün maarifləndirici proqramlar yaradır, biokimyəvi nomenklaturanın qəbul olunmuş standartları haqqında məlumat nəşr etdirir. Maliyyələşməsinin əsasını ittifaqın üzvlərinin üzvlük haqları və sponsor yardımı təşkil edir.

İttifaq regional biokimya cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Bütün bu cəmiyyətlər formal olaraq ittifaqın şöbələridir və ondan maliyyə yardımı alır. İttifaq bir sıra jurnalların nəşrinə kömək edir.

Prezidentləri + PrezidentlərIUBMB Previous Officers . Retrieved 2/12/2015. Sıra. Müddət Prezident Ölkə 18. 2015-… Con Ginovard 17. 2012–2015 G. Petsko 16. 2007–2012 A. Azzi 15. 2006 G. Kenyon 14. 2003–2006 M. Osborn 13. 2000–2003 B.F.C Clark 12. 1997–2000 W.J. Whelan 11. 1994–97 K. Yagi 10. 1991–94 H.L. Kornberg 9. 1988–91 E.C. Slater 8. 1985–88 M. Grunberg-Manago 7. 1979–85 H.G. Wood 6. 1979 F. Lynen 5. 1976–79 Aleksandr Baev 4. 1973–76 Osamu Hayaishi 3. 1967–73 A.H.T. Theorell 2. 1961–67 S. Ochoa 1. 1955–61 M. Florkin

Mənbə

İstinadlar

Kateqoriya:Biokimya Kateqoriya:Molekulyar biologiya Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq elmi təşkilatlar