() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir (CR A2c+3c; B2b (ii, iii, v)). Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir, soğanağı şarvari, 1, 5 sm enindədir. Gövdə yoğun, bütöv, 50–80 sm hündürlüyündə, əsası sonuncu yarpağın ağ qını ilə örtülmüşdür. Yarpaqlar 10–15 mm enindədir. Çiçəkqrupu yarımkürəşəkilli, 4–5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından qısadır. Qutucuq dairəvi, üçtilli, çiçəkyanlığından 2 dəfə qısadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun ayıdır. Soğanaqla, toxumla çoxalır. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta, yuxarı və yüksək dağ qurşaqlarında rütubətli yerlərdə, çınqıllı, daşlı və otlu yamaclarda rast gəlinir. Dekorativ bitkidir.
Yayılması Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ, Pəzməri kəndi yaxınlığında, Culfa rayonu, Dəmirlidağ (Nehrəm yurdu) yayılmışdır.
Sayı və tendensiyası Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər Populyasiyanın zəif təkrarlanması, növ sayının az olması, antropogen təsirlər (əhali tərəfindən yığılması, otarılma, tapdalanma).
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər işlənilməlidir. Yeni yayılma yerləri axtarılmalıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1873-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər