() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz-xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara-bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər – iri, tərs-yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır. Tozcuqları sarımtıldır. Sütuncuğun hissəcikləri sarımtıl-qonur rəngli qonur ləkələrlə, dilimləri küt, diş-dişdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Aprel ayında çiçəkləyir, may ayında toxumlayır, orta dağ qurşağında quru, daşlı yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir.
Yayılması Diabar (əsasən Lerik rayonu və Qosmalyan kəndinin ətrafında).
Sayı və tendensiyası Populyasiyanın vəziyyətinin pisləşməsi və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma), ətraf mühitin sərt amillərinə həssaslıq və zəif təkrarlanması.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumların toxum bankında saxlanılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax