İmperator sovkası — () Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir.

Qısa təsviri Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir.Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 – 375.

Arealı və sayı Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həşəratlar