() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.
Botaniki xarakteristikası Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5-5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5–3 mm uzunluğunda və enindədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvələməsi iyul aylarına təsadüf edir. Çoxalması toxumladır. Quraqlıq çəmənlərində bitir. Kriptofitdir.
Yayılması Lənkəranın dağlıq hissəsi (Hamarat kəndi).
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Yayılma sahəsinin məhdud olması və əhali tərəfindən mal-qaranın otarılması.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri axtarılmalıdır.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax