() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT.
Botaniki xarakteristikası Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir.
Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır və ətraf mühitin mənfi təsirlərinə qarşı həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Populyasiyaların azlığı və antropogen təsirlər.
Mühafizə tədbirləri Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə florası