() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Xovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi və meyvə verməsi aprel-may aylarına təsadüf edir. Quru, gilli, əhəngli və daşlı yamaclarda rast gəlinir.
Yayılması Naxçıvan düzənliyi və dağlıq hissəsidir.
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Populyasiyanın zəif təkrarlanması, otarılma, tapdalanmadır.
Mühafizə tədbirləri Yayıldığı sahəni qorumaq üçün müvafiq tədbirlərin görülməsi, növün müasir vəziyyətinin dəqiq öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiya olunması təklif olunur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər