Bozumtul qızılböcək-() Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ.

Həyat tərzi thumb|left|150px Böcəklərə bütün yay fəsli rast gəlinir. May ayında yumurta qoyurlar. Yumurtalar əsasən ağacın gövdəsinin yarıqlarına və qabıq altına qoyulur. Yumurtadan iyun ayında çıxan sürfələr ağacın gövdəsinə girərək qidalana-qidalana kökə tərəf irəliləyirlər. Ağacların tör-töküntüsü altında imaqo mərhələsində qışlayırlar. İl ərzində bir nəsl verir. Zərərvericinin sürfə mərhələsindən 2 növ (Macrocentrus ancylivorus Roh., Perisierola gallikola Kieff.) entomofaq qeydə alınmışdır.

Yayılması Avropa, İran, Suriya, Afrika, Qafqaz, Qazaxıstan. Azərbaycanda Şamaxı-Qobustan, Gəncə-Daşkəsən, Salyan-Muğan və Lənkəran bölgələrində yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həşəratlar Kateqoriya:Avrasiya həşəratları