thumb| Makedoniya Respublikasında boşnaklar () Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84% təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası.

Tarixi Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır. Makedoniya ərazisində ilk boşnaklar Bosniya və Herseqovinanın 1875—1878 illərdə Avtriya-Macarıstan tərəfindən işğalından sonra meydana gəlmişdir. Balkan müharibələrindən sonra boşnakların bir qismi Türkiyə köçmüşdür. Makedoniya Sosialist Respublikası qurulduqdan sonra boşnaklar 1950-1960-ci illərdə Sancak ərazisindən əsasən Tutin, Plav, Qusine və Novi-Pazar ərazilərindən gəlmişdirlər. Türkiyə və Yuqoslaviya arasında anlaşmaya görə müsəlmanlar Makedoniya ərazisindən keçməklə Türkiyəyə gələ bilərlərdilər. Ancaq əhalinin bir qismi burada qalmışlar. Boşnakların yaşadığı Batins, Sredno-Konyari və Qorno-Orizari kəndlərində cəmləşmişdilər ki, burada da çoxlu sayda türk yaşayırdı. Hazırda isə boşnakların böyük qismi Skopye rayonu, Yorbeşiya, Prilep vilayətləri və Babuna, Topolka çayları vadisində cəmləşmişdir. Boşnaklar süni-müsəlmanlardır.

Əhali 2001-ci ildə aparılan siyahıya alınmağa görə boşnakların yaşayış icmaları:

İcma Ümumi əhali Boşnaklar Skopye 467.257 6.465 Veles 57.602 2.406 Studeniçani 17.246 1.662 Dolneni 11.583 1.633 Petroves 8.255 1.442

Tanınmış nümayəndələri Fehim Xuskoviç, rəssam Ferid Muxiç, filosof Mayya Muxiç, katib Damir Xaciç, Elvir Mekiç, müğənni Almira Papiç, Tv xəbər aparıçısı. Elvira Paxiç, müğənni Xido Turkuqolu, türk basketbolçusu. Rafet Muminoviç, Makedoniya deputatı. Safet Bişevas, jurnalist. Necat Memiç, jurnalist Elvir Kurtanoviç, 1994-cü ildə Karate üzrə Avropa çemionu.

Mənbə U Ljubinu nadomak Skoplja otvorena prva škola na bosanskom jeziku u Makedoniji Jesu li Bošnjaci Makedonije zaboravljeni?

İstinadlar

Kateqoriya:Bosniyalılar Kateqoriya:Şimali Makedoniyada yaşayan etnik qruplar