Arif Ənvər oğlu Mansurov () — Azərbaycan ictimai-siyasi xadimi, yazıçı, SSRİ Jurnalistlər İttifaqı və Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Ekologiya və Həyatın Mühafizəsi Elmləri Akademiyasının akademiki, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1988–1990).
Həyatı Arif Mansurov 1939-cu ildə Bakıda anadan olmuşdur. Arif Mansurov Mirzə Mansur Mansurovun nəvəsidir, tarzən Ənvər Mansurovun oğlu, aktyor Ənvər Mansurovun atasıdır.
2002-ci ildə 61 yaşında, qəfildən, dünyasını dəyişib.
Siyasi-ictimai fəaliyyəti Bakıda, Mərdəkan qəsəbəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, Səbail rayonunda qəzəlxan Əliağa Vahidə qoyulan abidələr Arif Mənsurovun adı ilə bağlıdır.
Moskvada çıxan "Nedelya" qəzetində vaxtaşırı ekoloji problemlərlə bağlı məqalələri, esseləri çap olunub.
Arif Mansurov Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olmuşdur.
Partiya fəaliyyəti Arif Mansurov 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı kimi fəaliyyətə başlamış və 1993-cü ildə siyasi partiyaya çevrilmiş Yaşıllar Partiyasının sədri və qurucusu olmuşdur.
O vəfat etdikdən sonra 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik etmişdir. Bu partiya müxalifət düşərgəsində Demokratik Blokun üzvü, "Bizim Azərbaycan" blokunun həmtəsisçisi olub. 2003 Azərbaycan prezidenti seçkilərində BAB-ın vahid namizədi İsa Qəmbəri dəstəkləyib.
Təltif və mükafatları "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Yusif Məmmədəliyev adına mükafat Əliağa Vahid adına mükafat
1995-ci ildə "Avr-Asiya" qəzetinin sorğusuna əsasən Azərbaycanda ilin adamı seçilib.
Əsərləri 1990: Белые Пятна Истории и Перестройка () 1994: Гены гиен ()
Kitabları Мансуров А. Белые пятна истории и перестройка. Б.: Язычы, 1990.— 224 с. ISBN 5-560-00784-6 Mansurov Arif. Blank Spaces of History and Perestroika. Baku. Sharg-Garb. 1991. ISBN 5-565-00008-4 Мансуров А. Э. "Гены гиен". Б."Шарг-Гарб", 1994, М23, стр. 56. ISBN 5-565-00118-8 Arif Mansourov. "Genes of Hyenas" . B. Sharg-Garb, 1994, 80 p. ISBN 5-565-00135-8 Arif Mansurov, "Goreşən xisləti": /; tərc. C. Xəlilov; red. R. Nağıyev.- Tamamlanmış ikinci nəşr.- Bakı: Şərq-Qərb, 1994.- 72 s., portr.: ill., fotoşək.; 20 sm.- 25000 nüs.- ISBN 5-5650-0121-8.
Vaşinqtonda yaşayan həyat yoldaşı yazıçı Cəmilə Mənsurova onun yazıların bir qismini 2010-cu ildə çap etdirdiyi "Çetki staroqo Mirzı" (Qoca Mirzənin təsbehi) kitabına daxil edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Mansurovlar Kateqoriya:İçərişəhərdə_doğulanlar