() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-7 sm diametrindədir, lətli, yumurtavari, yetişdikdə qabarıqlı sərilmiş, təpəciyi ağ, hamar, səthin qalan hissəsi ağ lifli, üçbucaqlı pulcuqludur ki, onun da pulcuqlarının uc hissəsi bir qədər yuxarı qalxandır. Lövhələr sərbəst, kollariuma birləşmiş, sıx, ağ, sonradan açıq-qəhvəyi, əllə toxunduqda qəhvəyi rəng alır. Ayaqcıq 5-10 x 0,3-0,6 sm, yuxarıya doğru daralır, aşağı hissəsi kökyumrusunu xatırladır, ağımtıl, kirliqəhvəyi, lifli, hamar, yuxarı hissədə enli, hərəkət edən ağ halqacığı vardır. Ləti ağdır, kəsildikdə ayaqcığın əsasında rəngi bir qədər qızarır. Xüsusi dadı yoxdur, bir qədər turp iylidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrofudur. Payızda sentyabr-oktyabr aylarında enliyarpaqlı meşədə rast gəlinir.

Yayılması Naxçıvan Muxtar Respublikası ərazisidir (Şahbuz rayonu, Biçənək meşəsi).

Sayı və tendensiyası Populyasiyasıyanın sayı azdır.

Məhdudlaşdırıcı amillər Məlum deyil, az tanınan yeməli göbələkdir.

Mühafizə tədbirləri Tək-tək rast gəlməsini nəzərə alaraq mühafizə edilməsi vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiya və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Yeməli göbələklər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər