Roketsan müxtəlif təyinatlı raket tədqiqatı və istehsalına öndərlik etmək məqsədilə Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən 1988-ci ildə yaradılmış müdafiə sənayesi şirkətidir. Hazırda Türkiyənin əsas raket istehsalı ilə məşğul olan şirkətdir. Ən yaxşı müdafiə sənayesi şirkətləri siyahısında 2018-ci ildə 96-cı yrdə qərarlaşıb. 2019-cu ildə isə daha da yuxarı pilləyə yüksəlmiş və 89-cu yerdə qərarlaşmışdır.

Roketsan-ın hazırkı səhmdarları arasında Türkiyə Silahlı Qüvvələri Vəqfi (55,5%), ASELSAN (15%), Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (15%), Vakıflar Bankası (10%), HAVELSAN (4,5%) var. Roketsan ən çox idarə olunan və idarə olunmayan raketləri, həmçinin Bora, Atmaca, Cirit, UMTAS və OMTAS kimi idarə olunan raketləri ilə tanınır. Şirkət həmçinin FIM-92 Stinger, Rapier və RIM-162 ESSM raketləri üçün alt sistemlər istehsal edir və digər inteqrasiya olunmuş mülki və hərbi platformalar üçün texnologiya və mühəndislik həlləri təqdim edir.

Məhsullar Atmaca gəmi əleyhinə raket J-600T ballistik raket T-122 Sakarya reaktiv yaylım atəş sistemi T-300 Qasırğa reaktiv yaylım atəş sistemi FIM-92 Stinger Bora (raket) SOM raketi Cirit tank əleyhinə idarəolunan raket OMTAS tank əleyhinə idarəolunan raket UMTAS tank əleyhinə idarəolunan raket Hisar-A hava hücumundan müdafiə raketi Hisar hava hücumundan müdafiə raketi Hisar-U hava hücumundan müdafiə raketi Həmçinin bax

İstinadlar

Kateqoriya:1988-ci ildə yarananlar Kateqoriya:Türkiyənin kosmik proqramları Kateqoriya:Türkiyə texnikası Kateqoriya:Türkiyə şirkətləri