() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c +3c. Nadir növdür.
Qısa morfoloji təsviri Tallomu yasıtvari, yığcamdır, hündürlüyü 5–12 mm, diametri 1-3,5 sm-əçatır, boz-sarımtıl, saman rənglidir, gözə çarpmayan saysız lövhəciklərdən ibarətdir. Tallomun lövhəcikləri dixotomik şaxəlidir, eni 1,5 mm-ə qədərdir, yastıdırlar, üst hissəsi bir qədər dalğalıdır, bəzən şırımda qırılmış, lupanın altında açıq-mum rənglidir, aşağı hissəsi nisbətən tünddür. Üst qabıq hissəsinin rəngi KOH təsirindən dəyişmir. Lövhəciklərin uclarında tallom rəngində izidilər yerləşir, hansı ki, bəzi vaxt təpədə nazik örtüyü cırılandan sonra soredili olur Parmelia izidiotylardakı kimi. Nadir halda iridənəli soredilərlə diskvari soralilərə rast gəlinir. Apotesilər yoxdur. Zahiri görünüşünə görə bir qədər Ramalina pollinaria var. Humlisiə bənzəyir, ancaq ondan sallaq əmzikvari çıxıntılar və yığcam konfiqurasiyalı yastıqlarla seçilir. Dağ-meşəsiz zonada, daşlarda,ş amıq və quru yerlərdə bitir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Kserofitdir, izidi və soredilər vasitəsi ilə çoxalır.
Yayılması Kiçik Qafqaz, Kəlbəcər rayonu, İsitsu-nun ətrafı, 2000 m, qayalarda; Tərtər çay, 1500m; Şuşa, Sağsağan dağı, 2200m; Talış, Lerik, Orand kəndinin ətrafı; Vaşaruçayın yuxarı axarı, 1650 m; Hovari kəndinin ətrafı, şimal yamacında, aşırımda, 1500 m; Yardımlı, Alar kəndi; Ordubad; Paraqaçay ərazisidir.
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Erroziya və aşınmalar, heyvanların intensiv otarılması və tapdalanma ola bilər.
Mühafizə tədbirləri Mühafizəsi üçün yayılam yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkilidir.
İstinadlar
Həmçinin bax