Tupak Amaru Şakur (16 iyun"Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14. 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını

Həyatı Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi. 1993 ildə Şakur narkotiklərin istifadə etməsinə görə həbs edilmişdir. 1995-ci ildə Nyu-Yorkda Tupaka beş dəfə atəş açdılar, bununla əlaqədar Notorious B.I.G. və Şon "Paffi" Kombs təqsirləndirilmişdir.

Həbsxanada seks qalmaqalına görə cəza çəkən Tupak Qremmi mükafatına layiq görülmüş "Me Against the World" albomu buraxdı. Suge Knight tərəfindən ödəndiyi 1 milyon dollar məbləğindən sonra Tupak azad edilmişdir. Knight-ın Death Row Records leyblinə qoşulmuş Tupak "All Eyez on Me" albomu buraxdı. Albomda daha bir hit, "California Love" var.

Ölümü 1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qaytaran Tupak güllələnmişdir, Suge Knight isə yaralanmışdı. İntensiv terapiyaya qoyulmuş Tupak altı gündən sonra vəfat etmişdir. Şakurun sonuncu videosu, "I Aint Mad at Cha" onun ölümündən yalnız bir neçə gün qabaq meydana gəldi. Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupak ömrünün bir ilini həbsxanada keçirmişdi.

Studio albomları İl Albom Satış dərəcəsi 1991 2Pacalypse Now Qızıl (ABŞ) 1993 Strictly 4 My N.I.G.G.A.Z. Platin (ABŞ) 1995 Me Against the World 2x Platin (ABŞ) 1996 All Eyez on Me 9x Platin (ABŞ) 1996 The Don Killuminati: The 7 Day Theory 4x Platin (ABŞ)

Ölümündən sonra çıxan albomlar İl Albom Satış dərəcəsi 1997 R U Still Down? (Remember Me) 4x Platin (ABŞ) 1999 Still I Rise Platin (ABŞ) 2001 Until The End Of Time 3x Platin (ABŞ) 2002 Better Dayz 2x Platin (ABŞ) 2004 Loyal To The Game Platin (ABD) 2006 Pac's Life

Digər albomları İl Albom Satış dərəcəsi 1994 Thug Life: Vol.1 Qızıl (ABŞ) 1998 Greatest Hits 9x Platin (ABŞ)2000The Rose That Grew from Concrete 2003 The Prophet: The Best Of The Works 2003 Tupac: Resurrection (Original Soundtrack) Platin (ABŞ)2005Live at the House of Blues Platin (ABŞ) 2005The Rose, Vol. 2 2004 2Pac Live 2007 Beginnings: The Lost Tapes 1988-1991 2007 Best of 2Pac Part 1: Thug 2007 Best of 2Pac Part 2: Life

Tupak Şakurun iştirak etdiyi filmlər İl Adı Rolu Qeyd 1991 Nothing But Trouble Tupak Şakur (Epizodik rol) 1992 Juice Bishop İlk aktyorluq rolu 1993 Poetic Justice Lucky Canet Cekson ilə birlikdə filmdə çəkilmişdir. Öz mahnısının da olduğu soundtrack albomu buraxılmışdır. 1994 Above the Rim Birdie Marlon Vayns ilə birlikdə filmdə çəkilmişdir. Öz mahnılarının da olduğu soundtrack albomu buraxılmışdır. 1996 Bullet Tank Filmin təqdimatı Tupakın ölüm səbəbindən 1 aylıq təxirə salınmışdır. 1997 Gridlock'd Ezekiel 'Spoon' Whitmore Öz mahnılarının da olduğu soundtrack albomu buraxılmışdır. 1997 Gang Related Detective Rodriguez Həyatta ikən çəkildiyi sonuncu film. Öz mahnılarının da olduğu soundtrack albomu buraxılmışdır. 2003 Tupac: Resurrection Tupak Şakur Rəsmi və ən tanınmış sənədli filmi. Öz mahnılarının da olduğu soundtrack albomu buraxılmışdır.

İstinadlar

Xarici keçidlər

2paclegacy.com Tupac Legacy Tour pacside (en varios idiomas) Tupac Nation

Şakur Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Üstü açılmamış cinayətlər Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Tupak Şakur Kateqoriya:ABŞ-nin kişi şairləri Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Qətl qurbanları Kateqoriya:İngilis şairlər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:XX əsr ABŞ repçiləri