Tiberi Klavdi Neron (, kimi doğulmuş, ) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14–37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar. Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir. Tiberinin ölümündən sonra övladlıq oğlu Kaliqula taxta çıxmışdır. Bibliyaya görə məhz onun hakimiyyəti dövründə İsa çarmıxa çəkilmişdir.
15-ci ildən Böyük pontifik, e.ə. 13 və 17–18, 21, 31-ci illərdə konsul, e.ə. 6–37-ci illərdə tribun titullarına malik olmuşdur. Ölümünə yaxın tam titulu: — Tiberi Sezar Avqust, ilahi Avqustun oğlu, Böyük pontifik, 38 dəfə Xalq tribunu, səkkizqat imperator, beşqat konsulГрант М. Римские императоры / пер. с англ. М. Гитт. — М.: ТЕРРА — Книжный клуб, 1998. — 400 с. — ISBN 5-300-02314-0.
"Məni inandırmağa çalışan dostlar, siz bilmirsiniz, bu hakimiyyət necə bir əcayibdir. Hakimiyyət bir canavardır, hansı ki, onun qulaqlarından yapışmışam (tutmuşam)"Преемники (4. Quails rex, talis grex).
Yuli-Klavdi sülaləsinin zaman xətti 380px|thumb|center|Yuli-Klavdi sülaləsində Tiberinin yeri
Həyatının ilkin dövrləri
Keçmişi Tiberi Klaudius Germanikus Auqustus Nero, e.ə. 16 Noyabr, 42-ci ildə Tiberius Nero və Livia Drusillanın oğlu olaraq Romada anadan olubSuetonius, On İki Sezarın Həyatları, Tiberinin həyatı 5 . E.ə. 39-cu ildə anası atasından boşandı və tezliklə Tiberius Neronun oğlu hamilə olduğu halda Qaius Yuli Sezar Oktavianla evləndi. Bu hadisədən qısa bir müddət sonra e.ə. 38-ci ildə qardaşı Nero Klaudius Drusus anadan olmuşdur. Tiberiusun erkən həyatı haqqında çox az məlumat var. İlk dəfə e.ə. 32-ci ildə doqquz yaşında ictimaiyyət qarşısına çıxdı və bioloji atasına bir mədhiyyə təqdim etdiSuetonius, On İki Sezarın Həyatları, Tiberininn həyatı 6 . E.ə. 29-cu ildə, o, ataları Oktavianın Antoni və Kleopatranı məğlub etdiyi Actium döyüşünün şərəfinə keçirilən zəfər paradında qardaşı ilə birlikdə eyni arabada yer almışdır. E.ə. 26-cı ildə Avqustun ölümcül xəstələnməsi ilə imperiyada xaos təhlükəsi yarandı. Tarixçilər, ümumiyyətlə, Avqustun varisinin kim olacağı ilə bağlı problrmin birdən-birə ortaya çıxdığı, onun öləcəyi təqdirdə yerinə varis olaraq Aqrippa və Markellusu işarə etmiş olsa da dəqiq varis təyin etməməsi Avqustun ən böyük probleminə çevirildiyi məsələsində həmfikirdirlər.
Buna görə də, Tiberi və qardaşı Drüsus da daxil olmaqla bir neçə mümkün varis seçildi. Tiberius, eramızdan əvvəl 24-cü ildə on yeddi yaşında olarkən Avqustun rəhbərliyi altında siyasətə bir quaestor olaraq girmişdi və qanunla müəyyən edilmiş beş illik müddətə praetor və konsul olaraq seçilmə haqqı qazandıVelleius Paterkulus, Roma Tarixi II.94 Suetonius, On İki Sezarın Həyatları, Tiberinin həyatı 9 . Drusus üçün də oxşar şərait yaradıldı.
Mülki və hərbi karyerası Bir müddət sonra Tiberi məhkəmələrdə vəkil kimi yer almağa başladı və yəqin ki, Yunan natiqinə olan maraq bu dövrdə başladı. Eramızdan əvvəl 20-ci ildə Tiberi Marcus Aqrippa ilə şərqə göndərildi. Farslar, Markus Likinius Krassus, Dekidius Saxa və Mark Antoninin rəhbərliyindəki Roma legionlarının ərazisini ələ keçirmişdilər. Bir neçə illik danışıqlardan sonra Tiberi Roma-Fars sərhədində bufer dövlət qurmaq üçün böyük bir qüvvə ilə yola çıxdı. Auqust razılaşmadan sonra əraziləri geri aldı və bu ərazilər iki dövlət arasında neytral zona olaraq qaldı.
Eramızdan əvvəl 19-cu ildə şərqdən qayıtdıqdan sonra Tiberi Avqustun yaxın dostu və Romanın ən böyük generallarından biri olan Markus Vipsanius Aqrippanın qızı Vipsania Aqrippina ilə evləndiSuetonius,On iki Sezarın Hayatları, Tiberinin həyatı 7 . Drusus diqqətini Qaul Narbonensis və Alman cəbhəsinə verdi, Tiberinisə Alp və Transalp Qaliyası bölgəsində olan tayfalarla vuruşdu. Tiberi eramızdan əvvəl 16-cı ildə Tuna mənbələrini tapdı və qısa müddət sonra yarı yoladan geri qayıtdı. Eramızdan əvvəl 13-cü ildə Romaya qayıtdıqda konsul təyin edildi və təxminən eyni dövrdə oğlu Yuli Sezar Drusus anadan oldu.
Eramızdan əvvəl 12-ci ildə Aqrippanın ölümündən sonra, həm Tiberi, həm də Drüsus varislər elan edildi. Avqustun xahişi ilə Tiberi Vipsaniyadan boşandı və Avqustun qızı və Aqrippanın dul arvadı Yaşlı Yulia ilə evləndi. Bu hadisə Tiberi üçün bir qırılma nöqtəsi oldu. Yulia ilə bədbəxt bir evliliyi var idi və yeganə övladı hələ körpə olarkən öldü. Deyilənlərə görə Tiberi bir dəfə Vipsaniyanın yanına getmiş və ağlayaraq onu bağışlamasını istəmişdir. Tiberi Avqustun sayəsində yüksəlməyə davam etdi və əvvəlcə 9-cu ildə Aqrippanın və sonra qardaşı Drusun ölümündən sonra taxtın tək varisi oldu. Eramızdan əvvəl 12-ci ildə Avqustun siyasətində əhəmiyyətli bir yerə sahib olan Pannonia və Almaniyaya hərbi məmur təyin edildi. Romaya qayıtdıqdan sonra eramızdan əvvəl 7-ci ildə ikinci dəfə konsul, daha sonra e.ə. 6-cı ildə tribunicia potestas ilə mükafatlandırıldı. İlkin olaraq Aqrippanın bütün vəzifələrini öz üzərinə götürdü. Lakin bütün bu müvəffəqiyyətə və təriflərə baxmayaraq Tiberi xoşbəxt deyildiKassius Dio, Roma Tarixi LV.9 .
Rodosa çəkilməyi E.ə. 6-cı ildə tamamilə şərqin idarəetməsini qəbul edərək Romada ikinci şəxs olmanın astanasında olarkən Tiberi qəfil qərarlə siyasətdən getdiyini elan edir və Rodos adasına köçür. Tiberiusun belə bir qərar verməsinin səbəbləri bəlli deyilSuetonius, On iki Sezarın həyatları, Tiberinin hayatı 10 . Tarixçilər bunu Avqustun övladlığa götürmüş nəvələri Qaius və Lukiusun da əvvəllər Tiberi və Drususun keçdiyi oxşar siyasi proseslərdən keçmələri ilə əlaqələndirirlər. Beləliklə, Tiberinin hakimiyyəti müvəqqəti olacaq və Lukius və Qaius qanuni yaşına çatana qədər hakimiyyətdə qala biləcək, bundan sonra kənara atılacaqdı. Bundan əlavə, həyat yoldaşı Yulianın davranışları da bu qərara təsir göstərə bilərVelleius Paterkulus, Roma Tarixi II.100 . Həqiqətən, Takitus bunu Tiberinin Rodosa getməsinin intima səbəbi kimi izah edir və hərəkətini məhz Yuliaya olan nifrətinə və Vipsanya həsrətinə aid edir. Tiberi özünün iyrəndiyi, Forumdakı sərgüzəştləri ilə utandıran və sevdiyi qadını görməyə qadağa qoyan bir qadınla evləndiTakitus, İlliklər I.53.
Tiberinin bu davranışının səbəblərindən asılı olmayaraq, Avqustun varislik planlarını demək olar ki, pozulmuşdu. Qaius Sezar və Lukius Sezar hələ çox gənc idilər və 57 yaşlı Avqustun dərhal yerinə keçəcək varisi yox idi. Avqustun ölümündən sonra hakimiyyətin dinc bir şötürülnəsinə dair bir zəmanət yox idi. Həmçinin Avqustun ailəsinin və müttəfiqlərinin də hakimiyyətdə qalmasına zəmanət yox idi.
Avqustun xəstəliyinin inkişafı ilə əlaqədar olaraq Tiberidən qalmasını xahiş etdiyi hekayələri olsa da olanların doğruluğu şübhəlidi. Yolda Tiberinin bunun səhv olduğunu başa düşdüyü və bir neçə dəfə Romaya qayıtmaq üçün icazə istədiyi və hər dəfəsində Avqust tərəfindən rədd edildiyi bildirilirSuetonius, On iki Sezarın həyatları, Tiberinin həyatı 11 .
Avqustun varisi 300px|thumb|right|Avqustun ailəsi Tiberinin getməsi ilə varislik tamamilə Avqustun iki gənc nəvəsi Lukius və Qaius Sezarın üzərinə keçdi. 2-ci ildə Lususun ölümü ilə vəziyyət daha da təhlükəli olduqda, Avqust bəlkə də Livianın təşviqi ilə Tiberinin sadə bir vətəndaş kimi Romaya qayıtmasına icazə verdiSuetonius, On iki Sezarın həyatları, Tiberinin həyatı 13 . Qaiusun 4-cü ildə öldürülməsi ilə Takitusun da dediyi kimi Avqustun Tiberini seçməkdən başqa yolu qalmadı. Qaiusun eramızın 4-cü ildə vəfat etməsi ilə Avqustun sarayında təlaşlı canlanma başladı. Tiberi varisi və oğlu kimi qəbul edildi. Buna qarşılıq olaraq Tiberidən, qardaşı Drususun oğlu Germanikus və Avqustun qardaşı oğlu Balaca Antonianı da övladlığa götürülməsi tələb edildi. Övladlıq əbul edildikdən sonra, Tiberi tribuna gücünə sahib oldu və çox güman ki Markus Aqrippanın belə əldə edə bilmədiyi Avqustun maius imperium nüfuzuna pay sahibi oldu. Eramızın 7-ci ilində Postumus Avqust tərəfindən rədd edildi və Planaziya adasında yalnız yaşamağa məhkum edildiKassius Dio, Roma Tarixi LV.32 Beləliklə, 13-cü ilə qədər Tiberi səlahiyyətləri ilə Avqustun ikinci adamı olmaqdan əlavə Avqust ilə ortaq bir imperator idi və indi heç bir hökumət boşluğu və xaos olmadan hökmranlıq edə bilərdi.
Avqust 14-cü ildə 76 yaşında vəfat etdi. Şanlı bir mərasim ilə dəfn edildi, əvvəlcədən hazırlandığı kimi vəsiyyəti oxundu və Tiberi yeganə varis olaraq təyin edildiTakitus, İlliklər I.8Velleieus Paterkulus, Roma Tarixi II.123 .
İmperator
Hakimiyyətinin ilk dövrləri 200px|thumb|right|Gənc imperator Tiberinin Luvr muzeyindəki büstü Tiberinin yeni Şahzadə kimi hakimiyyətin təhvil verilməsi mərasiminin necə olacağını nə Tiberi, nə də senat bilirdi. Sentyabrın 18-də Senat, Tiberinin varis kimi mövqeyini təsdiqləmək və səlahiyyətlərini genişləndirmək üçün bir araya gəldi. Takitus hadisələri ətraflı təsvir edir, Tiberi artıq inzibati və siyasi gücünə sahib idi. Onun tək çatışmayanı Avqustun Pater Patriae və Korona Kivika kimi titulları idi.
Tiberi Avqust kimi dövlətinə xidmət etməkdən başqa istəyi olmayan bir dövlət qulluqçusu rolunu da almağa qərar verdi. Təvazökarlıqdan daha çox gülünc bir vəziyyətə düşdü və dövlətə xidmət etməkdən daha çox problemlər yaradan biri kimi göründüSuetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 24 . Bir varis kimi davrana bilməməsinin səbəbi olaraq yaşını göstərdi, əslində bu mövqeyi istəmədiyini və yalnız dövlətin bir hissəsini istədiyini söylədi. Çaşqın vəziyyətdə olan Senat, əyalətin hansı hissəsini istədiyini soruşdu. Sonda bir senator qışqıraraq: "Əlahəzrət, dövlətin daha nə qədər başsız qalmasına icazə verəcəksiniz?" deyə soruşduTakitus, İlliklər I.12, I.13. Tiberi nəhayət ki insafa gəldi və senatın ona verdiyi bütün vəzifələri qəbul etdi. Bütün bunlara baxmayaraq Takitus və Suetoniusun dediklərinə görə Pater Patriae, İmperator və Avqustus titullarını daşımaqdan imtina etdi və Şahzadələrin ən görkəmli simvolu olan "Civic Crovn"ı və palıd budağı çələngini istəmədiSuetonius, On iki Sezarın Həyatları, Tiberinin həyatı 26 .
Senat və dövlətin onsuz hərəkət etməsini istədi. Qeyri-müəyyən əmrləri olduğu üçün qəbul ediləcək qanunlardan daha çox nə demək istədiyi barədə mübahisələr oldu. Hökmdarlığının ilk illərində Tiberi Senatdan Avqustun dövründə olduğu kimi onun istəklərini yerinə yetirmək əvəzinə özləri bilən kimi hərəkət etmələrini istəmişdi. Takitusun sözlərinə görə Tiberi Senatı "kölə olmağa hazır adamlar" deyərək lağa qoyurdu.
Germanikusun yüksəlişi və tənəzzülü Yeni hökmdar üçün problemlər gecikmədi. Pannonia və Almaniyadakı legionlara hələ Avqustun dövründə vəd edilən mükafatlar ödənməmişdi. Tiberidən də heç nə ala bilməyən legionlar üsyan qaldırdı. Germanikus və Tiberinin oğlu Drusus üsyanı yatırtmaq və legionları yenidən tabe etmək üçün kiçik bir qüvvə ilə bölgəyə göndərildi. Lakin üsyanı yatırtmaqla yanaşı Germanikus üsyançıları toplayaraq Reynin o biri tərəfindəki Alman ərazisinə bir yürüş təşkil etdi və üsyançılara ələ keçirəcəkləri qənimətləri onlara bağışlayacağını söz verdiKassius Dio, Roma Tarixi LVII.6. Germanikusun qoşunları Reyn çayını keçərək Reyn və Elbe arasındakı ərazini sürətlə işğal etdi. Bundan əlavə, Takitus Teutoburg meşəsinin mühasirəyə alındığını və illər əvvəl bir Alman qəbiləsi tərəfindən pusquya alınaraq Publius Quinctilius Varus komandirliyindəki üç Roma legionunu və onların idarə etdiyi əraziləri tələb etdiyini söyləyir. Tiberiusun ətalətinə görə gənc Germanikusun Romanın düşmənlərin hücumlarını sərt şəkildə dəf etdi, üsyançı qüvvələri yatırdı və itkin düşmüş Roma legionları ilə birlikdə Romaya döndü. Tiberi ilə müqayisədə Avqustun əsl davamçısı olduğunu isbat etmişdir.