() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Azərbaycanda yayılması Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Yaşayış mühiti Nəmli dərələrdə, meşənin yuxarı ətrafında, kolluqlarda, talalarda və rütubətli subalp çəmənliklərində rast gəlinir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri