Badam taxtabitisi () - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Biologiyası Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir. Bədəninin uzunluğu 18–22 mm- dir. Bu növ yetkin formada meşələrdə tökülmüş xəzəllər altında qışlayır. Erkən yazda çıxıb palıd, söyüd və s. ağaclar üzərində qidalanır və yumurta qoyur., sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra yetkin formaya keçirAzərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C.A.Hidayətov, 42. Aparılan tədqiqat işləri nəticəsində məlum olmuşdur ki, bu taxtabiti palıd ağaclarından başqa, Talışda düzən və dağətəyi ərazidə becərilən Tunqa bitkisinə də zərər verir. Tunqa bitkisi texniki məqsəd üçün əkilir və onun meyvəsindən alınan yağ kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunur. Yayılması Badam taxtabitisi Azərbaycanın əsas meşəlik rayonları olan Talışda, Böyük Qafqazın cənub yamaclarında və Kiçik Qafqazda yayılmışdır. Əsasən palıd növləri üzərində yaşayır.

Həmçinin bax Armud taxtabitisi

Ədəbiyyat Azərbaycanda Kənd təsərrüfatı bitkilərinə zərər verən Yarımsərtqanadlılar (Taxtabitilər) C.A.Hidayətov, 42 İstinadlar