() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.
Xarakterik morfoloji əlamətləri Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur.Y.Ə.Əbdürrəhmanov. Azərbaycan faunası (Balıqlar). VII cild. Bakı: Elm, 1966, 224 s.
Yaşayış yeri və həyat tərzi Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.
Yayılması Azərbaycanda 1 yarımnövü (Leuciscus cefalus orientalis, Nordman, 1840) yayılmışdır. Azərbaycanın Şimal-Şərq və Cənub-Şərq bölgəsindən axan çaylarda, Kür-Araz hövzəsində yayılmışdır. Leuciscus cephalus növünün dünyada 11 yarımnövü yaşayır ki, onlardan yalnız biri (Leuciscus cephalus orientalis, Nordman, 1840) Azərbaycanın su hövzələrində yayılmışdır.Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə, su bitkilərin üzərinə tökür. Çoxalması suyun temperaturu 15.00 - 21.00C dərəcə olduqda aprel ayının sonlarından iyun ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 4.7 mindən 118,0 min ədəd kürü arasında dəyişir. Cinsiyyət yetkinliyinə çatdıqdan sonra demək olar ki, hər il kürü tökür. Yaşadığı mühit şəraitindən asılı olaraq bəzən kürü tökmür.
Qidalanması Körpə fərdləri su cücülərinin sürfələri, balıq kürüsü, sapşəkilli yosunlar, yetkin fərdləri isə balıq körpələri, yaşıl yosunlar, su cücüləri, əsasən gündəcə, bulaqçı sürfələri və molyusklarla qidalanır.
İnsan həyatına təsiri Əmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Çexiya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Slovakiya balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Sənaye balığı