Ramiz Mütəllim oğlu Aslanov — Azərbaycan riyaziyyatçı alimi, professor.
Həyatı və yaradıcılıq Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonu Muşavaq kəndində anadan olmuşdur. 1964-cü ildə Dəstəfur kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ili H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1968-ci ildə buranı bitirib orta məktəbdə riyaziyyat müəllimi ixtisası almışdır və həmin institutda işləmək üçün saxlanılıb.
1968–1995-ci illərdə H. Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyəti müddətində o, laborant, baş laborant, müəllim, V. İ. Lenin adına APİ-nin aspirantı, müəllim, riyazi analiz kafedrasının müdiri, qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır.
1980–1982-ci illərdə Kirovabad şəhəri (indiki Gəncə) rayon Sovetinin xalq deputatlar sovetinə deputat seçilmişdir.
1973–1982-ci illərdə o, Kirovabad Dövlət Pedaqoji İnstitutu (indiki Gəncə Dövlət Universiteti) nəzdində olan tələbə dəstəsinin komandiri olmuşdur (Azərbaycanda, Stavropol diyarında, Krasnodar diyarında). 4 noyabr 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin dissertasiya şurasında o "Abstrakt fəzalarda elliptik tip tənliklər üçün bəzi yüklənmiş sərhəd məsələləri" 01.01.01 ixtisas üzrə (riyazi analiz) namizədlik dissertasiyasını müdafiə etmişdir(elmi rəhbər BDU-nin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Amir Şamil oğlu Həbibzadə olmuşdur). Rəsmi opponentlər: fizika-riyaziyyat elmləri doktoru, professor V. V. Gruşin (Moskva Elektron Maşınqayırma İnstitutu(MİEM), tətbiqi riyaziyyat kafedrası, Moskva şəh.); fizika-riyaziyyat elmləri namizədi, dosent B. Panayoti (Moskva Elektrotexnika İnstitutu(MİET), ali riyaziyyat kafedrası, Zelenograd şəh.); aparıcı təşkilat: Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu (indiki Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının [Riyaziyyat və Mexanika İnstitu.
30 iyun 1982-ci ildə SSSR-nin Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsinə layiq görülmüşdür. 4 iyun 1986-cı ildə SSSR- nın Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarına əsasən o, dosent elmi adına layıq görülmüşdür.
1995–1997-ci illərdə o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin doktoranturasını bitirmiş, 1997-ci ildə Moskva Pedaqoji Dövlət Universitetinin dissertasiya şurasında "Pedaqoji ali məktəblərdə (İnstitut və Universitetlər) differensial tənliklərin tədrisinin metodik sistemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1998-ci ildə RF Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə, o pedaqoji elmlər doktoru dərəcəsinə layiq görülmüşdür. 1998–2000-ci illərdə o, Moskva Dövlət Pedaqoji Universitetin nəzdində və Moskva Dövlət Vilayət Pedaqoji Universitetlərində "Differensial tənliklər" dərsliyin yazılması məqsədilə yaradıcılıq məzuniyyətində olmuş. 2000-ci il 1 oktyabrdan 2015 ilin 1 oktyabrna qədər o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin riyazi analiz kafedrasının professoru işləmişdir.
2001-ci ilin 27 martında o, Moskvada Beynəlxalq Pedaqoji Təhsil Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2002–2012-ci illərdə o, Moskva Pedaqoji Dövlət Universitetinin "Riyazi analiz" kafedrasının elmi işlər üzrə müdir müavini, həmçinin həmin illərdə Pedaqoji təhsil üzrə Beynəlxalq elmlər akademiyasının riyaziyyat bölməsinin katibi işləmişdir.
2001–2010-cu illərdə MPDU riyaziyyat fakültəsinin DAK-ın üzvü olmuşdur. 21.03.2005–2012-ci illərdə Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin tədris-metodik işlər üzrə dekan müavini vəzifəsində işləmişdir. 2002-ci ildən 2015-ci ilin 1 oktyabrında o, Moskva Pedaqoji Dövlət Universiteti nəznində pedaqoji kadrların hazırlanması sahəsində riyaziyyat və informatika təhsili üzrə tədris-metodiki komissiyanın elmi katibi vəzifəsində çalışmışdır. İş prosesində o, dəfələrlə Tədris Metodik Birləşməyə (УМО) təqdim olunan monoqrafiya, dərslik, dərs vəsaiti və tədris-metodik materialların eksperti və resenzenti olmuşdur. 2005–2012-ci illərdə o MPDU riyaziyyat fakültəsinin Elmi Şuranın üzvü olmuşdur. 2010-cu ildən 2015-ci ilin 1 oktyabrına qədər MPDU nəzdində olan Д 212.154.18 Doktorluq Dissertasiya Şurasının elmi katibi olmuşdur. 2009-cu ildən 2016-cı il sentyabrın 1 qədər – Moskva Şəhər Pedaqoji Universitetinin nəzdində ДМ 850.007.03 Dissertasiya Şurasının üzvü olmuşdur. 2011 ildə — RF təhsil, elm sahəsində nəzarət üzrə Federal Xidmətinin əmri ilə ona "Riyazi Analiz" kafedrası üzrə professor elmi adı verilmişdir. 2013-cü ilin 29 oktyabr o, Beynəlxalq Pedaqoji Təhsil üzrə Elmlər Akademiyasının akademiki seçilmişdir.
2007, 2008, 2010-cu illərdə Moskva Şəhər Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin, 2009, 2010-cu illərdə Arxanqelskdə fəaliyyət göstərən M. V. Lomonosov adına Pomor Dövlət Universitetinin (hazırda Şimal Federal Arktika Universiteti) riyaziyyat fakültəsinin, 2013–2014-cü illərdə Voloqda Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinin, 2013, 2015, 2016-cı illərdə İ. N. Ulyanov adına Ulyanovsk Dövlət Pedaqoji Universitetinin riyaziyyat və texnoloji təhsil fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
2004-cü ildən 2015-ci ilə qədər o, Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsinin bazası əsasında keçirilən "Qadın riyaziyyatçılar" adlı tələbə elmi-praktik konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. 2015-ci il noyabrın 1-dən o, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Elmi-texniki informasiya" şöbəsinin müdiri vəzifəsində çalışır.
2016-cı ildən İ. A. Bunin adına Yelets Dövlət Universitetin nəzdindəki "Continium. Riyaziyyat. İnformatika. Təhsil" elmi jurnalının, 2017 ildən Pitirim Sorokin adına Sıktıvkar Dövlət Universitetinin "Vestnik Sıktıvkarskoqo Universiteta. Seriya 1. Riyaziyyat. Mexanika. İnformatika" jurnalının redaksiya heyətinin üzvüdür.
2003-cü ildən 5 pedaqoji elmlər namizədi hazırlayıb, eyni zamanda 2 aspirant və 2 doktoranta rəhbərlik edir. O, dəfələrlə müdafiə şurasında opponent olmuş, dissertasiya, avtoreferatlara, monoqrafiya, dərsliklər, dərs vəsaitlərinə ekspert kimi rəy vermişdir. 2001 −2015-ci illərdə Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsində magistr dissertasiyalarına və diplom işlərinə (buraxılış işlərinə) rəhbərlik etmış və müxtəlif buraxılış işlərinə rəy vermişdir. 2005–2015 ilin 1 oktyabrına qədər o, namizədlik minimumun qəbulu və 3 ixtisas üzrə (riyazi analiz, diferensial tənliklər və riyaziyyatın tədrisi nəzəriyyəsi) aspiranturaya qəbul komissiyasının üzvü olmuşdu. 2001 ildən 2015 ilə qədər Moskva Pedaqoji Dövlət Universitetinin riyaziyyat fakültəsində elmi işlərin məcmuəsinin məsul katibi olmuşdur, onun təşəbbüsü ilə 8 elmi məcmuə nəşr edilmişdir:
Научные труды математического факультета Московского педагогического государственного университета (юбилейный сборник 100 лет)/ Москва, Прометей, 2000, 29 п.л. Актуальные проблемы математики, физики, информатики и методики их преподавания. (Юбилейный сборник 130 лет Московского педагогического государственного университета)./ Москва, Прометей, 2000, 16,75 п.л. Актуальные проблемы математики, физики и математического образования. (Юбилейный сборник 70 лет кафедре математического анализа)/Москва, изд-во МПГУ, 2004, 42,5 п.л. Некоторые вопросы математики, информатики и методики их преподавания. (Сборник научных статей, посвящённый 100-летию со дня рождения Д. А. Райкова)/ Москва, изд-во МПГУ, 2006, 21.5 п.л. Актуальные проблемы математики, информатики и образования (Сборник научных трудов к 135 — летию МПГУ)./ Москва, изд-во МПГУ, 2007, 24.2 5 п.л. Математика, информатика и их преподавание. (Сборник научных трудов к 75–летию кафедры математического анализа МПГУ)./ Москва, изд-во МПГУ, 2009, 22 п.л. Наука в вузах: математика, информатика, физика, образование (к 110-летию математического факультета МПГУ)/ Москва, изд-во МПГУ, 2010, 439 с. Математика, информатика, физика в науке и образовании (к 140-летию МПГУ)/Москва, изд-во МПГУ, 2012, 281 с.
Ailəlidir, 3 övladı var.
Digər fəaliyyəti Müxtəlif illərdə Rusiya Federasiyasının Ali məktəblərində Ali Dövlət Atestasiya Komissiyasının sədri(M. V. Lomonosov adına Pomor Dövlət Universiteti (ныне Северный Арктический Федеральный университет), Moskva Şəhər Pedaqoji Universiteti, Voloqda Dövlət Pedaqoji Universiteti (Voloqda Dövlət Universiteti), İ. N. Ulyanov adına Dövlət Pedaqoji Universiteti və Ali Dövlət Atestasiya Komissiyasının üzvü olub (Moskva Dövlət Pedaqoji Universitet) Moskva dövlət Pedaqoji Universitetində D 212.154.18 Dissertasiya Sovetinin elmi katibi və Moskva Şəhər dövlət Pedaqoji Universitetin DM 850.007.03 Sovetinin üzvü olub (01.10.2016 ilə qədər) Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində 2005-ci ildən – 2014-cü ilədək "Женщины математики" tələbə elmi konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində 2000-ci ildən 2012-ci ilə qədər 8 elmi məcümənin təşkilatçısı və elmi katibi olmuşdur. Rusiya Federasiyasının Pedaqoji İstitutları üçün hazırlanmış tədris proqramlarının müəlliflərindən biri olmuşdur.(riyazi analiz, riyazi fizika tənlikləri, diferensial tənliklər). 2005 −2012 Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində tədris-metodiki işlər üzrə dekan müavini işləyib. 2002-ci ildə 2015-ci ilin noyabr 1-ə qədər Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika üzrə tədris metodiki komisiyasının elmi katibi olmuşdur "CONTINUUM. Математика. Информатика. Образование" при ЕГУ им. И. А. Бунина, г. Елец (Россия) elmi jurnalın redaksiya heyətinin üzvidür.
Elmi əsərlər
Monoqrafiya Гуманитарный потенциал профессионально ориентированного курса дифференциальных уравнений в педвузе. Монография., М.: Прометей, 1996,128 с. Некоторые вопросы теории оптимального управления. М. Издательство МПГУ, 2004, 252 с. (соавторы: Л. Н. Матросова, В. Л. Матросов, М. В. Топунов). Женщины математики, Историко-математические очерки в трёх томах, Том I, М.: Изд-во МПГУ, 2006, 362с. (соавтор И. И. Косенко) Женщины-математики. Историко-математические очерки в трёх томах,Том II, М.: Изд-во МПГУ, 2010, 444с.(соавтор И. И. Косенко) Женщины-математики. Историко-математические очерки в трёх томах, Том III, Калуга, Издательство "ЭЙДОС". – 2012. −641с. Riyaziyat tarixinə dair oçerklər 1. "Предшественники современной математики". Историко-математические очерки в пяти томах Том II. М.: Изд-во "Прометей", 2007, 448 стр. (соавторы: Л. Н. Матросова,. В. Л. Матросов.) "Евгений Алексеевич Щегольков: страницы жизни в документах и воспоминаниях" М.: Изд-во "Прометей", 2009,192 стр.(соавтор Матросов В. Л.) "Предшественники современной математики". Историко-математические очерки в пяти томах Том I, часть 1 М.: Изд-во "Прометей", 2009, 432 стр.(соавторы: Матросов В. Л., Матросова Л. Н.) "Предшественники современной математики". Историко-математические очерки в 5 томах Том I, часть 2. М.: Изд-во "Прометей", 2009, 432 стр. (соавторы: Матросов В. Л., Матросова Л. Н.) "Знаменитые математики". Историко-математические очерки в трёх томах. Том 1, Архангельск, Издательство "КИРА". – 2011. – 251 с. (соавторы: Е. Н. Самойлик, О. В. Соловьева) "Предшественники современной математики". Историко-математические очерки в пяти томах Том 3 Москва, Прометей, 2011–528 с. (соавторы: Матросова Л. Н., Матросов, В. Л. Матросов С. В.) "Предшественники современной математики". Историко-математические очерки в пяти томах . Том 4 Москва, Прометей, 2012.- 528 с. (соавторы: Матросова Л. Н., Матросов, В. Л. Матросов С. В.) "Знаменитые математики". Историко-математические очерки в трёх томах Том 2, Калуга, Издательство "ЭЙДОС". – 2012. – 315 с. (соавторы: Е. Н. Самойлик, О. В. Соловьева)