Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir.7.3 % of Georgia’s GDP in 2016 Produced by Tourism Sector // tabula.ge Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.

Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər. 2016-cı ildə ölkəyə 24 saat ərzində keçən turistlərin sayı 19 % artmışdır.

Gürcüstanın Turizm üzrə Milli Administrasiyası ölkədə turizmin inkişafı ilə bağlı olan məsələlərlə məşğul olur. 2015-ci ildə qurum 26 beynəlxalq və daxili turizm yarmarkasında iştirak etmişdir. Doqquz marketinq məqsədli kampaniyaları təşkil etmiş və mətbuat üçün 64 tanışlıq səfəri keçirmişdir.

Ölkələr üzrə turistlər Xarici ölkə vətəndaşlarından 2015 və 2016-cı illərdə Gürcüstanı ən çox ziyarət edənlər:

Sıra Ölkə 2015Sıra Ölkə 20161 1,468,888 1 1,523,0752 1,393,257 2 1,496,2463 1,391,721 3 1,254,0894 926,144 4 1,037,5645 141,734 5 172,6316 59,487 6 147,9157 41,425 7 92,2138 36,826 8 48,8099 36,777 9 44,38810 31,147 10 40,8892015-ci ildə ümumi turist5,901,094 2016-cı ildə ümumi turist 6,350,825

Viza məhdudiyyətlərinin ləğvi nəticəsində, 2016-cı ildə İrandan gələn ziyarətçilərin sayı 485 % artmışdır. Həmçinin İsraildən gələn ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə — 55 % artmışdır.

Otellər Milli turizm administrasiyasının məruzəsinə əsasən, Gürcüstanda 2016-cı ilə təxminən 1700 mehmanxana fəaliyyət göstərmişdir. Tiflisdə 14 837 koyko-yer qeydə alınmışdır.

Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: Courtyard by Marriott, Sheraton Hotels and Resorts və Radisson Hotels.

İstinadlar

Xarici keçidlər

Interactive map of the protected areas of Georgia Official Georgian government website on tourism, by the Department of Tourism and Resorts of Georgia "Hvino TOUR News": daily news on tourism and hospitality industry of Georgia (in English) Tourism Geoinformation Center: Tours across Georgia (in English)

Kateqoriya:Avropada turizm Kateqoriya:Asiyada turizm