() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 15-60 sm, gövdəsi zəif, yuxarı qalxan, 4 tillidir, adətən hamar, kövrək, uc hissədə budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu sürünən, budaqlanan, qısa barsız və daha uzun çiçək daşıyan budaqlarladır. Yarpaqları ensiz neştərvaridir, uzun sivriləşmiş, uzunluğu 12 sm-ə qədərdir, gövdədən aralı yerləşmişdir, kənarları çox kələkötürdür. Ləçəkləri yarıya qədər ikiyə bölünmüşdür, uzunluğu 8-15 mm-dir. Qutucuq demək olar ki, şarşəkillidir, kasacıqdan uzun deyildir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), Qob., BQ şərq, BQ qərb, Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə, meşənin kənarında və kolluqlar arasında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Balverən bitkidir və mal-qara tərəfindən yeyilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları