Ömər Ağacahangir oğlu Ağayev () — istehsalat qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1976).

Həyat və əmək fəaliyyəti Ömər Ağayev 1928-cı ildə Şamaxının Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. 1959-cu ildən Sov.İKP üzvü olmuşdur. 1960-cı ildən hopdurucular briqadasının briqadiri olmuşdur. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Ömər Ağayev 2017-ci ilin oktyabrın 1-də vəfat edib. Təklə kəndində dəfn olunub.

İstinadlar

Mənbə

Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan KP qurultaylarının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri