() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarakterik morfoloji əlamətləri Göyçə xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur.
Yaşayış yeri və həyat tərzi Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
Yayılması Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Azərbaycanda Araz çayı və onun qollarında yayılmışdır.
Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü üç dəfəyə tökür. Kürüsünü suyun temperaturu 18.0-20.0 0C olduqda iyun ayında tökməyə başlayır. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü üç dəfəyə orta hesabla 10000-14000 ədədə qədər tökür.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.
Limit faktorları Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Rasionu Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Yosunlar, detrit və bəzi hallarda su həşaratları təşkil edir.
Düşmənləri Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.
İnsan həyatına təsiri Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1865-ci ildə təsvir edilən balıqlar