Müqəddəs İohann Biqorski monastırı () və ya Müqəddəs Baptist monastırı () — Makedoniya Respublikasının qərbi hissəsində, Albaniya-Makedoniya Respublikası sərhədinə yaxın, Debar və Qostivar şəhərlərini birləşdirən yolun və Rostuşa kəndinin yaxınlıqlarında yerləşən Makedon Şərqi-pravoslav monastırı.
Monastırın katolikonu Vəftizçi İohanna həsr olunmuşdur. Kilsə, xüsusilə incə taxta ilə və Petre Filipovski Qarkata tərəfindən hazırlanmış ikonostasisi ilə məşhurdur. Yovan Biqorski Vəftizçi İohannın bölgədə qazandığı yerli bir addır.Yovan . makedonya.ru-dan alındı.
Tarixi Kilsə 1020-ci ildə İvan I Debranin tərəfindən tikdirilmişdir. Kilsə, XVI əsrdə, yəni Osmanlı dövründə baxımsız, yiyəsiz qalmış və xaraba halına gəlmişdir. 1743-cü ildə İlarion adlı bir rahib tərəfindən bərpa edilmiş və rahiblərin qalması üçün otaqlar tikilmişdir. 1812-ci və 1825-ci illərdə Arşimandrit Arseniyusun dövründə daha da genişləndirilmişdir.St. John Bigorski (). soros.org.mk-dan alındı.
2009-cu ildə baş vermiş yanğın hadisəsi səbəbiylə monastırın ən köhnə strukturlarının çoxu məhv olmuşdur, müasir və əlavə strukturlar isə qurtarılmışdır. 2010-cu ilin may ayında tarixi kilsəni əvvəlkinə uyğun olaraq yenidənqurma işlərinə görə bərpa layihəsi başladılmışdır.
Müqəddəs reliktlər Monastırın müqəddəs reliktlər saxladığı irəli sürülən geniş bir kolleksiyası var. Buna görə monastırda Vəftizçi İohann, Oxridli Klement, Beytanili Lazarus, Müqəddəs Ştefan, Müqəddəs Nikolay, Müqəddəs Barbara və Romalı Paraskevi kimi müqəddəs ruhların reliktlərindən başqa, müqəddəs xaçın bir hissəsi də var. Bütün bunlardan başqa 1020-ci ildən qaldığı düşünülən, şəfa verici gücü olduğuna inanılan bir simvol da monastırın kolleksiyasında yerləşir.Monastery St. Jovan Bigorski . exploringmacedonia.com-dan alındı.
Qalereya
İstinadlar
Ədəbiyyat Dimitrov B., 2001. Християнството в българските земи. (). Български манастири (). Sofiya şəhəri.
Xarici keçidlər Monastırın rəsmi saytı Müqəddəs İohann Biqorski gostivar.com desniza.livejournal.com
Həmçinin bax Müqəddəs İohann kilsəsi Müqəddəs Sofiya kilsəsi (Oxrid) Böyük Arran monastırı
Kateqoriya:Şimali Makedoniya monastırları Kateqoriya:XI əsrə aid monastırlar