Fatma Rza qızı Hüseynova () — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017).
Həyat və əmək fəaliyyəti left|thumb|200px|Fatma Hüseynova gənclik illərində Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.
Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür.
2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub
16 oktyabr 2025-ci ildə 86 yaşında vəfat etmişdir. Sabirabad rayonu Qaratəpə kəndində dəfn olunub.Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova vəfat etdi
İstinadlar
Mənbə
Депутаты Верховного Совета Азербайджанской ССР. Девятый созыв.. — Баку: Азернешр, 1976. — С. 382. Хлопок // Известия Академии Наук Азербайджанской ССР: Серия истории, философии и права.. — 1984. — № 1. — С. 4. // Литературный Азербайджан. — 1990. — С. 37.
Həmçinin bax
Kateqoriya:Sabirabad rayonunda doğulanlar Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları